Astanada travmatoloq və ortopedlərin beynəlxalq konqresi başlayıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
AQEM-in Astanadakı mənzil-qərargahında travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi (“MAASOT-2026”) keçirilir.
XQ xəbər verir ki, tədbir “Ortopediya və travmatologiyada tətbiqi elmin müasir nailiyyətləri. Biomexaniki tədqiqatlardan klinik sınaqlara qədər” mövzusunda təşkil olunub.
Konqres Qazaxıstan Səhiyyə Nazirliyinin nəzdindəki Beynəlxalq Travmatologiya və Ortopediya Elmi Mərkəzi, “Trauma Qazaxıstan” ASC və Ankaradakı Başkent Universiteti tərəfindən AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Katibliyinin dəstəyi ilə təşkil olunur.
İkigünlük proqram çərçivəsində aparıcı mütəxəssislər travmatologiya və ortopediya, robototexnika, süni intellekt, endoprotez, travma cərrahiyyəsi, onurğa ortopediyası, uşaq travmatologiyası, artroskopiya, diaqnostik texnologiyalar, biomexanika, habelə əlavə istehsal sahələrində müasir yanaşmaları müzakirə edəcəklər.
Əsas tədbirlərdən biri Mərkəzi Asiya, o cümlədən Qazaxıstanda travmatologiya- ortopediya üzrə məhsullar və avadanlıqlar üçün ilk istehsal mərkəzi olan Beynəlxalq Travmatologiya və Ortopediya Elmi və İstehsalat Mərkəzinin (IRPCTO) rəsmi açılışı olacaq.
Azərbaycan AQEM-in üzv dövlətidir və hazırda onun sədrliyini həyata keçirir.
Konqres oktyabrın 3-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















