NDU da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan, 6 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.
Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Zəfər tariximizin əks olunduğu videoçarx nümayiş etdirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu tarixi Zəfəri şəhidlərimizin müqəddəs ruhuna, qazilərimizin qəhrəmanlığına, xalqımızın birliyinə və əzmkarlığına borcluyuq. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində öz gücünü və haqlı mövqeyini nümayiş etdirərək tarixi qələbəyə nail olub.
Rektor, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışından bəhs edərək Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin şəhid məzunu Bəşir Mehdiyevin atası Yusif Mehdiyev çıxış edərək bildirib ki, oğlu Ağdam rayonunda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu vurğulayan Yusif Mehdiyev şəhid ailələrinə göstərilən diqqətə, eləcə də tədbirə dəvətə görə minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində universitetin xor kollektivinin təqdimatında Ceyhun Allahverdiyevin “Zəfər marşı”, Xanım İsmayılqızının “Sən qalibsən” əsərləri ifa edilib. Xor kollektivinin dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, dosent Validə Hüseynova, konsertmeysteri isə Fəridə Ağayeva olub.
Sonra Gülxarə Əhmədovanın bədii rəhbərliyi və Əməkdar artist Nurbəniz Niftəliyevanın rejissorluğu ilə Tələbə Teatr Studiyasının hazırladığı “Həsrətdən zəfərə” tamaşa-kompozisiyası nümayiş etdirilib.
Bədii hissə tamaşaçılarda xoş təəssürat oyadıb, alqışlarla qarşılanıb.
Müxbir - Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 Noyabr 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















