Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Biz gedəsiyik, dünya durası...

Biz gedəsiyik, dünya durası...

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vasif QULİYEV

"Öz peşəsində uğur qazanmaq istəyən həkim sağlam, səliqəli, təvazökar və səbirli olmalıdır..."

Qədim hind deyimi

1926-cı ilin yayı Axundovlar ailəsi üçün əsl toy-bayrama çevrilmişdi. Axı bu nəslin uzun illər Vətəndən ayrı düşmüş nümayəndələrindən biri doğma Şuşasına gəlmişdi. Uşaqlıq yaşlarından Türkmənistanı özünə vətən seçmiş Bəşir hələ bir neçə ay əvvəl əmisi oğlu Fərruxa göndərdiyi məktublarının birində yazırdı ki, Allah qoysa, bu ilin yayında Şuşaya qohumlarını yoluxmağa gələcək, əmisi oğlunun "danlağ"ından çıxmaq üçün hətta daşı ətəyindən töküb, orda ailə həyatı quracaq, yaxın qohumu Kübra xanımı da özünə həyat yoldaşı edəcək. Ona görə də böyükdən-kiçiyə bütün Axundovlar ailəsi onun gəlişini böyük səbirsizlikdə gözləyirdi. Nəhayət, yayın əvvəllərində onların intizarına son qoyuldu. Bəşir gəlib çıxdı. Çoxdan üzünü görmədikləri bu yaxın qohumun və istəkli qonağın ayaqları altında qurbanlar kəsildi, ziyafət təşkil edildi.

Bəşir iki aya qədər Vətənində qaldı. Lakin elə bil hiss edirdi ki, bu gəlişi son gəlişidir, qohum-əqrəba ilə son görüşüdür. Ona görə də az bir vaxtda şəhər əhli ilə qaynayıb-qarışdı, köhnə bir qalalı kimi öz yerlilik borcunu yerinə yetirib, onların xeyir-şərində iştirak elədi. Doğma yurdunun bütün görməli, gəzməli yerlərində oldu, hər yeri qarış-qarış gəzdi, dəfələrlə Cıdır düzünə qalxdı, İsa bulağına endi, Topxana bülbüllərinin nəğmələrinə qulaq kəsildi, meşələrinin qoynunda, çay kənarında dincəldi, Üçmıxın başında oturub, ata yurdunun gözəlliklərini gözlərinə köçürtdü. Əmisi oğlu Fərrux müəllimə yazdığı məktubda verdiyi vədə əməl elədi. Əmisi Cavadın qızı Kübra xanımla evlənmək fikrini də bildirdi, lakin gecikmişdi. Çünki Kübra xanım artıq başqasına könül vermiş və xoşbəxt ailə həyatı qurmuşdu. Bu, Bəşirin "kefinə soğan doğrasa da", geri "əliboş" qayıtmaq istəmirdi. Ona görə də qohumlarının köməyi ilə bir halal süd əmmiş qalalı qızı tapıb evləndi. Toy mərasimini də elə Şuşada keçirdi. Və bir neçə gündən sonra Bəşir həyat yoldaşını götürüb, bir daha üzünü görməyəcəyi doğma yurdunu həmişəlik tərk elədi, Aşqabada döndü. Lakin qırx dörd yaşlı Bəşirin ailə həyatı da öz ömrü kimi qısa oldu...

Bəşir yeddi yaşında olarkən atası Saleh dünyasını qəflətən dəyişdi. Beş bacı-qardaş yetim qaldı və ailə çox ağır şəraitdə yaşamağa başladı. Lakin yaman günün ömrü az oldu, tale bu ailənin üzünə güldü. Bəşirin Aşqabadda yaşayan dayısı bacısına və onun başsız qalmış uşaqlarına yiyə durdu, onları yığıb, öz yanına apardı, öz övladları kimi böyüdüb, təlim-tərbiyələri ilə məşğul oldu, əllərini çörəyə çatdırdı.

Bəşir də o biri bacı-qardaşları kimi məktəbə getdi, öz səyi və çalışqanlığı sayəsində dərslərini əla oxudu, nümunəvi şagirdlər sırasına qatıldı. İbtidai məktəbi bitirdikdən sonra, 1901-ci ildə Aşqabad oğlan gimnaziyasına daxil oldu. Burda da fərqləndi, həm dayısının, həm də müəllimlərinin başını uca elədi. Nəhayət, altı illik gimnaziya həyatı arxada qaldı. Oxumaq, təhsilini davam etdirmək istəyi ilə Bəşir 1907-ci ilin yayında Xarkova yollandı, universitetin tibb fakültəsinə daxil oldu. Burdakı təhsil illərini də çox səmərəli keçirdi. Heç bir siyasi axına qoşulmadı, tələbə dostu İlyas Cəfərovla birlikdə, necə deyərlər, başını aşağı salıb, yalnız oxumaqla, tibb elminin açılmamış səhifələrini, incəliklərini öyrənməklə məşğul oldu, bir sözlə, bütün fikrini, zikrini oxumağa yönəltdi. İmtahanlardan "əla" qiymətlər aldı. 1912-ci ildə Bəşir beşillik tələbəlik həyatını başa vurdu. Fərqlənmə diplomlarının biri də onun adına yazıldı. Təyinat vaxtı gəlib-çatanda universitetin müəllim və professor heyəti keçmiş əlaçı tələbələrinin bu ali məktəbdə saxlanılıb, onlarla çiyin-çiyinə işləməsinə yekdilliklə səs verdi.

Bəşir Axundov növbəti dərs ilində cəmi ikicə ay əvvəl "əlvida" dediyi auditoriyalara artıq bir müəllim kimi daxil oldu. Tibb fakültəsinin birinci kursunda mühazirələr oxumağa başladı. Eyni zamanda fakültənin nəzdindəki daxili xəstəliklər klinikasında ordinator vəzifəsinə təyin olundu. Bir qədər sonra isə məşhur alim, professor Trutovskinin xəstəxanasında işləməyə başladı.

Bu minvalla bu gənc azərbaycanlı həkim düz dörd il Xarkov şəhərində həm ali məktəb müəllimi, həm də həkim işlədi, həm nəzəri, həm də praktiki təcrübə qazandı. Dissertasiya mövzusu götürüb, yazmağa başladı. Lakin o, Xarkovda qazandığı tibbi biliyi türkmən xalqının balalarına vermək, onlara aşılamaq məqsədilə 1916-cı ildə Aşqabada qayıtdı. İşləyə-işləyə dissertasiyasını da yazıb tamamladı, elmi dərəcə almaq üçün Xarkova yola düşməyə hazırlaşdı. Lakin həmin vaxt Rusiyada alovlanan Vətəndaş müharibəsi daha da şiddətləndi. Bəşir isə bir daha Xarkova gedə bilmədi, elmi işi müdafiə olunmamış qaldı.

Bəşir Axundov bütün qalan ömrünü özünə ikinci Vətən seçdiyi Türkmənistana, onun səhiyyəsinin inkişafına yönəltdi. Az bir vaxtda o, türkmən zəhmətkeşləri arasında böyük hörmət və nüfuz qazandı, bu qardaş xalqın sevimlisinə çevrildi. Hippokrat andını həmişə uca tutan gənc həkim Türkmənistanın bütün şəhər və kəndlərini, aullarını qarış-qarış gəzib-dolaşdı, kəndlilərə, kasıb-kusuba, Qızıl Ordu əsgərlərinə təmənnasız tibbi xidmət göstərdi, onların sağlamlıqları keşiyində durdu. Qədim Şərq tibb elminin sirlərinə dərindən bələd olan bu azərbaycanlı həkim müxtəlif xəstəliklərə, xüsusən də, o vaxtlar Türkmənistanda çox geniş yayılmış dəri və nevralgiya xəstəliklərinə qarşı lazımi dərmanlar tapa bilməyəndə xalq təbabətinin nailiyyətlərindən bacarıqla istifadə etməklə müxtəlif həblər düzəldir, müasir metod və üsullarla xəstəlikləri müalicə edirdi.

1919-cu ildə Bəşir Axundov Aşqabad şəhər xəstəxanasının müdiri təyin edildi. Onun səsi-sorağı bütün Türkmənistana yayıldı. Həmin dövrdə burda ağalıq edən əksinqilabçılar onu ələ almaq, öz tərəflərinə çəkmək istəyirdilər. Heç bir partiyanın üzvü olmayan gənc həkim onlara qoşulmadı, təklifləri ilə razılaşmadı və bildirdi ki, o, yalnız və yalnız öz enerjisi ilə əməkçi türkmən xalqına, fəhlə və kəndli sinfinə xidmət edəcək. Və dediyinə də axıra qədər sadiq qaldı. Əbəs yerə türkmən mətbuatı Bəşir Axundovu "partiyaya və xalqa sədaqətli qəhrəman" adlandırmırdı.

1920-ci ildə Aşqabad İnqilab Komitəsi vilayət səhiyyə şöbəsini təşkil etməyi və ona rəhbərliyi bu vicdanlı, zəhmətkeş və bacarıqlı həkimə tapşırdı. Bəşir Axundov bu məsuliyyətli işin öhdəsindən ləyaqətlə gəldi və Türkmənistanda xalq səhiyyəsinin əsasını qoydu, daha doğrusu, bu sahənin banisi oldu.

Çox çəkmədən Bəşir Axundov Türkmənistan Mərkəzi İcraiyyə Komitəsinin və Türkmənistan Xalq Komissarları Şurasının baş həkimi vəzifəsinə təyin olundu və xalq səhiyyə komissiyasının üzvü seçildi.

Bəşir Axundov bir həkim kimi həmişə xalqın arasında olur, kəndlərdə və şəhərlərdə xalq səhiyyəsi üzrə vaxtaşırı mühazirələr oxuyurdu. Zəhmətkeş kütlələrin yaxın və səmimi dostu olan bu gənc həkim gecə-gündüz yorulmadan xalqın sağlamlığı qayğısına qalır, onun balalarının gələcəyini düşünürdü. Heç də təsadüfi deyil ki, Bəşir Axundov kasıb ailələrdən istedadlı və savadlı uşaqları seçib, onları öz vəsaiti hesabına oxutdururdu. O, iki nəfər gənci Bakı və Moskva universitetlərində, altı nəfəri Aşqabadda birinci və ikinci dərəcəli məktəblərdə öz hesabına oxutmuşdu. O vaxtlar Aşqabadda çıxan "Zəhmət" qəzeti yazırdı ki, Bəşir yetimlərin atasıdır. O öz vəsaiti hesabına məktəblərdə onlarla ata-anasız uşağı tərbiyə edib, oxudub. Bəşir kasıbların ümid yeridir. Ona görə də kasıb-kusub xəstələri pulsuz, təmənnasız müalicə edərək lazım gələndə yüz dəfələrlə öz cibindən onlara dərman alıb, fayton pulunu da özü verir.

İyirminci illərin əvvəllərində Bəşir Axundovun adı artıq İttifaq miqyasındakı məşhur həkimlər sırasında çəkilirdi. Getdikcə məşhurlaşan bu azərbaycanlı həkimi Azərbaycan hökuməti Bakıya - universitetdə dərs deməyə dəvət etmişdi. Lakin Bəşir Axundov türkmən xalqına, zəhmətkeş, sadə adamlara qəlbən elə bağlanmışdı ki, onlardan ayrıla bilməmiş və Bakıya gəlməkdən imtina etmək məcburiyyətində qalmışdı.

Tibb elmini bir sıra yeni müalicə metodları ilə zənginləşdirən və Türkmənistanın ilk səhiyyə naziri vəzifəsinə yüksələn Bəşir Axundov 1926-cı il noyabrın 21-də həyat və fəaliyyətinin ən qaynar dövründə qəflətən vəfat etdi. "Türkmənistan" qəzeti öz səhifəsində verdiyi nekroloq-məqalədə yazırdı: "Axundov yoldaşın gözlənilməz ölümü istər türkmən, istərsə də Azərbaycan zəhmətkeşləri üçün çox böyük itkidir. Bəşir bizim partiyanın sıralarında olmasa da, inqilab qəhrəmanı kimi fəhlə sinfinə və əməkçi kəndlilərə xidmət göstərmişdir..." Bəşir Axundovun dəfn mərasimində partiya və hökumət rəhbərləri, minlərlə zəhmətkeş iştirak edirdi. Matəm mitinqində Türkmənistan Mərkəzi İcraiyyə Komitəsinin və Türmənistan Xalq Komissarları Şurasının da nümayəndələri çıxış etmiş, ona yüksək qiymət vermişdilər.

Bu yazının başlığı Memar Əcəminin Möminə Xatun türbəsinin üzərində həkk elədiyi "Biz gedəsiyik, dünya durası, biz öləsiyik, bu, yadigar qalası" kəlamlarındandır. Əlbəttə, bu dünyaya bir gün gələn bir gün də gedəcək. Biz gedəcəyik, amma dünya duracaq, öləcəyik, bəs bizdən nə qalacaq?! Gərək elə edəsən ki, nahaq dünyadan haqq dünyaya üz tutanda da öz işinlə, öz əməlinlə özün haqqında əbədi bir iz qoyub gedəsən, Bəşir Axundov kimi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri