Icma.az
close
up
RU
Müəllimlərə PİS XƏBƏR AÇIQLAMA

Müəllimlərə PİS XƏBƏR AÇIQLAMA

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Azərbaycanda müəllimlər üçün müəyyənləşdirilən yeni etik davranış qaydalarına əsasən, şagirdlərə qarşı fiziki və psixoloji zorakılığın bütün formaları qəti şəkildə qadağan edilir. Təhsil mühitinin sağlamlaşdırılması məqsədi daşıyan bu yenilik cəmiyyətdə və pedaqoji mühitdə birmənalı qarşılanmayıb. Xüsusilə, müəllimlərin şagirdlərin davranışlarına təsir imkanlarının getdikcə məhdudlaşması və sinif idarəçiliyində ciddi çətinliklərin yaranması ilə bağlı narahatlıqlar ifadə olunur. Bildirilir ki, ənənəvi intizam mexanizmlərinin sıradan çıxması fonunda dərs prosesinin tənzimlənməsi çətinləşə bilər. Məktəblərdə nizam-intizamın qorunması üçün hansı alternativ mexanizmlərin tətbiq edilməsi isə hazırda aktual müzakirə mövzusudur.

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, yeni qaydaların qəbul olunması müəllimlərin əlində olan sonuncu təsir imkanlarını da alıb:

“Artıq biz bilirik ki, müəllimlərin müəyyən nüfuzunun qorunub saxlanması üçün şagirdlər üzərində müəyyən təsir elementləri olmalıdır. Yəni elə alətlər olmalıdır ki, onlar şagirdin dərs biliklərinin qiymətləndirilməsi, davamiyyəti və yarana biləcək istənilən vəziyyətlə bağlı müəllimə müəyyən təsir imkanları versin. Mən şiddət imkanlarını demirəm. Sadəcə olaraq, bu günün şagirdini nümunə üçün götürək ki, “2” alsa belə, ilin sonunda attestatını alır. Yəni bu şagirdi çəkindirən hər hansı bir element yoxdur. Müəllimin də əlində elə bir alət yoxdur ki, qiymətini aşağı yazanda və ya şagird sinifdən-sinfə keçməyəndə o, müəllimlə hesablaşmaq məcburiyyətində qalsın. Belə olan halda şagird ya dərsə hazırlıqlı gələcək, ya da özünü intizamlı aparacaq. İndi isə şagirdin özünü məktəbdə intizamsız aparmasına heç bir maneə, sədd yoxdur”. ShopByBro

Ekspertin sözlərinə görə, hazırda nəinki müəllimin, hətta valideynin belə uşaqlar üzərində təsir imkanları itir:

“Bu, artıq bizi mentalitetimizdən də uzaqlaşdırır. Hər bir proses inkişafa doğru getməlidir. Lakin süni intellektin inkişaf etdiyi bir cəmiyyətdə bu kimi qərarlarla şagirdlərin üzərində müəllim nüfuzunu endirmiş oluruq. Artıq şagirdin müəllimə olan etinasız münasibəti bir az da dərinləşəcək. Çünki onun “2” alması gələcəkdə attestat almasına problem yaratmır və bu da onda psixoloji cəhətdən müəyyən arxayınlıq yaradır”.

M.Məmmədli çıxış yolu kimi beynəlxalq təcrübədə tətbiq olunan xasiyyətnamə (referans) mexanizminin Azərbaycanda da işə salınmasını təklif edib:

“Müəllimlərə müəyyən məsələlərdə hüquq tanınmalıdır. Heç olmasa, 11-ci sinfin attestatını əlinə alanda buraxılış imtahanının nəticələri ilə bərabər, şagirdin məktəbdə özünü necə aparması ilə bağlı bir qeyd, rəy mütləq olmalıdır. Bu rəy gələcəkdə onun həm əmək bazarı fəaliyyətinə təsir edə bilsin, həm də ali və ya peşə təhsili müəssisələrinə qəbulda, seçimdə rol oynasın. Əxlaq və davranışla bağlı sinif rəhbərinin və məktəb rəhbərliyinin rəyi olarsa, müəllim nüfuzunu qoruyub saxlamaq mümkün olacaq. Əgər biz qanunları dünya standartlarına uyğunlaşdırırıqsa, o halda beynəlxalq təcrübədə olan bu “referans” sistemini də mütləq tətbiq etməliyik”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri