Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius məlumat verib.
Ukrayna məsələsi ilə bağlı ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə aparılan üçtərəfli məsləhətləşmələrə Trampın xüsusi nümayəndəsi Cared Kuşner koordinasiya edir. Vaşinqton eyni zamanda Moskva ilə Avropa paytaxtları arasında müharibədən sonrakı təhlükəsizlik arxitekturasına dair paralel danışıqların başlanmasını təklif edir.
ABŞ hər iki istiqamətdə danışıqların eyni vaxtda aparılmasını istəyir. Avropa diplomatları isə əvvəlcə atəşkəsin əldə olunmasını vacib sayırlar.
Digər tərəfdən, Tramp administrasiyası İran ətrafındakı gərginliyin azaldılması üçün Çini prosesə cəlb etməyə çalışır. ABŞ-nin maliyyə naziri Skott Bessent Pekindən Tehrana təsir göstərməsini istəyib. Çin tərəfinin artıq bu barədə İran rəhbərliyinə müvafiq mesajlar çatdırdığı bildirilir.
Bundan əvvəl ABŞ-da keçirilən qapalı danışıqlarda Çin lideri Si Cinpin İranın nüvə silahına sahib olmasının yolverilməzliyi ilə razılaşıb.
Gözlənilir ki, Ukrayna münaqişəsinin həlli və Yaxın Şərqdəki böhran ABŞ, Çin və Rusiya liderlərinin Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində mümkün üçtərəfli görüşünün əsas mövzuları olacaq.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 08 Noyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















