Rəşt Astara dəmir yoluna dair saziş təsdiqləndi
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Rusiya tərəfinin layihədə iştirakını nəzərdə tutan saziş ötən həftə təsdiqlənib, xəttin 37 kilometrlik sonuncu torpaq sahələri isə Rusiya şirkətinə təhvil verilib.
"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin baş direktoru, yol və şəhərsalma nazirinin müavini Huşəng Bazvənd deyib.
Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin İranın Ali Milli Təhlükəsizlik Şurasında təsdiqlənib. pizza sifarişi
Bazvənd qeyd edib ki, bundan sonra layihənin icra işləri daha sürətlə davam etdiriləcək.
Beləliklə, layihənin ümumilikdə 162 kilometrlik marşrutu zəruri tədqiqatların və sahə araşdırmalarının aparılması üçün təhvil verilib.
Bazvənd Şimal-Cənub dəhlizinin əhəmiyyətinə toxunaraq bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi prezidentin və yol və şəhərsalma nazirinin xüsusi diqqətindədir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün layihənin həyata keçirilməsində mövcud bütün imkan və potensialdan istifadə edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 08 Noyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















