Astarada ağır QƏZA: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Astara rayonunun Təxtənəkəran kəndində baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili, qarşıdan gələn Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Toqquşmadan sonra "Ford Transit" yoldan çıxaraq aşıb. Qəza nəticəsində "Niva" markalı nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Astara rayonunun Rinə kənd sakini, 1980-cı il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, eləcə də Rinə kənd sakinləri - 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyətləri daha ağır olan G. Əliyev və R. Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilib. Həkimlərin seyinə baxmayaraq, sürücü Gülağa Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Sentyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















