Astarada keçirilən əməliyyatda 23 kq narkotik aşkar olunub
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonunda keçirilən əməliyyat zamanı 1979-cu il təvəllüdlü Mənsur Ağayev tutulub.
"Cebheinfo.az" xəbər verir ki, ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:Suraxanıda keçirilən əməliyyatda 8 kq narkotik aşkarlanıb
25 İyun 2025 11:27
Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb VİDEO
26 Fevral 2025 14:18
Bakıda keçirilən əməliyyatda 71 kq narkotik, 13 min həb aşkarlanıb
04 May 2026 16:15
Astarada 10 kq narkotik aşkarlandı
23 Fevral 2026 16:30
Astarada 46 yaşlı şəxs 23 kq narkotiklə tutulub
12 İyun 2025 16:53
Baxış sayı:233
Bu xəbər 12 İyun 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















