Icma.az
close
up
RU
​“Dövlət qulluğunda sədaqət qanunsuzluğa susmağı tələb etmir” Zahid Oruc

​“Dövlət qulluğunda sədaqət qanunsuzluğa susmağı tələb etmir” Zahid Oruc

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Müzakirəyə təqdim edilən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın və məsuliyyətin artırılması, korrupsiyanın qarşısının alınması və ictimai nəzarətin gücləndirilməsi məqsədinə xidmət edir. Lakin sənədi dövlət qulluqçusunun hüquqları, hakimiyyət orqanları daxilində mənəvi mühit və milli təhlükəsizlik maraqları ilə birlikdə qiymətləndirməyə ehtiyac var”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən plenar sessiyadakı çıxışında deyib.

Millət vəkili xatırladıb ki, 2016-cı ildə qəbul edilən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı maddələr əlavə edilmişdi.

“Lakin korrupsiya ilə mübarizədə məlumat verməni təşviq etmək hansı həddən sonra dövlət idarəçiliyində qarşılıqlı şübhə, idarəçiliyi diversiya etmək, rəhbər şəxslərə qarşı kampaniya aparmaq və şəxsi hesablaşma vasitəsinə çevrildiyini də müəyyənləşdirmək gərəkdir”, - o əlavə edib.

Zahid Oruc bildirib ki, oxşar qanunların beynəlxalq təcrübəsinə nəzər saldıqda fərqli modelləri görürük: “ABŞ-da Dodd–Frank qanunvericiliyi istənilən dövlət məmurunun fəaliyyəti barədə məlumat verilməsini nəzərdə tutmur, məlumatın əhəmiyyətini, sübutların etibarlılığını, şəxsin özünün hüquqpozmada iştirakını və digər halları qiymətləndirir. Avropa Birliyində isə 2019-cu ildə qəbul edilən 1937 nömrəli Direktiv başqa istiqamətə üstünlük verir. Bilə-bilə yalan məlumat verilməsi məsuliyyətə səbəb olur, məlumatvermə mexanizmi böyük pul mükafatı üzərində qurulmur.

Qazaxıstanda dövlət qulluqçusunun korrupsiya barədə məlumat verməsi xidməti vəzifə kimi qiymətləndirilir, ona pul mükafatı verilməsi məhdudlaşdırılır”.

Komitə sədri vurğulayıb ki, hazırki layihədə dövlət qulluqçusunun vəzifə borcu ilə əlavə maddi həvəsləndirmə arasındakı sərhədi dəqiq müəyyənləşdirmək gərəkdir.

Onun sözlərinə görə, dövlət idarəçiliyində korrupsiyaya qarşı mübarizə aparan əməkdaşı müdafiə etmək, insanların bir-birini maddi qazanc naminə daim izləməsini, iş mühitini pozmasını, karyera və korporativ marağa görə daimi xəbərçiliyi, qarşılıqlı şübhə və ittihamların genişlənməsini, məlumatverməni korrupsiya əməliyyatına çevirməyi təşfiq etməməlidir: “Dövlət qulluğunda sədaqət qanunsuzluğa susmağı tələb etmir, lakin korrupsiyaya qarşı mübarizə adı ilə hər bir dövlət qulluqçusu üzərində total qanunsuz nəzarət aparmaq hüququ da verməməlidir. Son onillikdə beynəlxalq informasiya məkanında yayılan Panama, Paradise, Pandora sənədləri və OCCRP-nin “Azerbaijani Laundromat” araşdırması göstərdi ki, hi-tech korporasiyaları və qlobal media müasir dövrdə hakimiyyətləri ləkələmək və devirmək planında aktiv iştirak edirlər. Ölkəmizin beynəlxalq reputasiyanın zədələməyə çalışan kampaniyaların özləri korrupsiyanın içərisindədirlər”.

Z.Oruc qeyd edib ki, xarici dövlətlərin modelləri cəmiyyətimizin tarixi təcrübəsindən və idarəçilik ənənələrindən kənarda tətbiq edə oluna bilməz.

“Əsassız ittihamların, anonim şikayətlərin insanların taleyinə necə təsir göstərdiyi tarixi yaddaşımızdan silinməyib. Əlbəttə, korrupsiya haqqında vicdanla məlumat verən şəxslə qərəzli xəbərçini eyniləşdirmək olmaz. Birincisi dövlət mənafeyini müdafiə edir, ikincisi isə qanundan şəxsi məqsədlərlə istifadə edir. Vəzifəyə yüksəlmək istəyən bir kadr rəqib hesab etdiyi həmkarı ilə bağlı qərəzli məlumat təqdim edirsə, başqa halda vəzifəli şəxs barəsində məlumatın açıqlanacağı ilə hədə-qorxu gəlirsə, ondan vəzifə, təyinat, müqavilə və ya maddi üstünlük tələb edirsə, o zaman qanun korrupsiyadan daha böyük cinayətə-sabotaja səbəb olur”, - o bildirib.

Millət vəkilinin sözlərinə görə, qanun layihəsinin mediada müzakirəsi də göstərir ki, “Rüşvət görsəniz, xəbər verərdiniz?” sualına respondentlərin cavabları kəskin şəkildə fərqlənir, ictimai rəydə parçalanma və qütbləşməni göstərir: “Layihənin 16-cı maddəsinə əsasən, verilən məlumat təsdiqləndikdə təşkilat rəhbərinin qərarı ilə minimum əməkhaqqının 25 mislinədək mükafat ödənilə bilər. Lakin məlumatın ilkin araşdırmada təsdiqi ilə məhkəmənin yekun qərarı arasında ziddiyyət yaranarsa, əvvəlcədən ödənilmiş mükafatın taleyi necə olacaq? Mükafat almış şəxsin sonradan sübutların saxtalaşdırılmasında iştirak etdiyi müəyyən edilərsə, hansı tədbirlər görüləcək?”

Komitə sədri daha sonra çıxışında təkliflərini açıqlayıb: “Təklif edirik ki, bilə-bilə yalan məlumatın təqdim edilməsi, sübutların saxtalaşdırılması və şantaj məqsədilə məlumatdan istifadə hallarında məsuliyyətin tətbiqi dəqiqləşdirilsin, barəsində məlumat verilən şəxsə sübut təqdim etmək, araşdırmanın nəticəsindən şikayət vermək və əsassız ittihamdan dəymiş zərərin ödətdirmək imkanları da təmin edilsin. Rəhbər şəxslər və əməkdaşlar öz qanuni fəaliyyətlərinə görə əsassız ittihamlarla karyeralarının və şəxsi nüfuzlarının dağıdılacağı qorxusu altında yaşamamalıdırlar.

Dövlət orqanında çalışmaq nə toxunulmazlıq, nə də əvvəlcədən təqsirli hesab edilmək deməkdir.

İndi əsas məsələ beynəlxalq tövsiyələri mexaniki qaydada qanunvericiliyə köçürməyə səbəb olmamalı, dövlət idarəçiliyində monoloitliyə və sağlam mühitə uyğun işlək model yaratmaqdır.

Korrupsiyaya qarşı mübarizə adı altında linçin və şantaj dövlətimizə və cəmiyyətə korrupsiyadan çox ziyan vura bilər. Biz elə qanun qəbul etməliyik ki, korrupsiyanı ifşa edən vicdanlı insan müdafiəsiz qalmasın, lakin xalqımıza ləyaqət xidmət edən on minlərlər dövlət qulluqçuları və qanuni fəaliyyət göstərən məmurlar dövlət əsassız ittihamın girovuna çevrilməsin”.

Rasim Əliyev

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Oktyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri