Icma.az
close
up
RU
86 milyon həşəratın sirri: Azərbaycana nə üçün gətirilirlər?

86 milyon həşəratın sirri: Azərbaycana nə üçün gətirilirlər?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. Həşəratlar ölkəyə Rusiya, Mərakeş, Belçika, Türkiyə və Niderlanddan gətirilib.

Bəs bu həşəratlar konkret olaraq hansı məqsədlər üçün gətirilir və onların ölkənin kənd təsərrüfatına, ekologiyasına mümkün təsirləri nələrdir?

Mövzunu "Azpolitika"ya şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycana səkkiz ay ərzində 85,9 milyon diri həşəratın gətirilməsi ilk baxışdan qeyri-adi görünsə də, bunun kənd təsərrüfatı ilə bağlı ciddi iqtisadi və ekoloji izahları var. Əsas ehtimallardan biri həşəratların zərərvericilərlə bioloji mübarizə, bitkilərin tozlandırılması və kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə idxal edilməsidir:

"Maraqlı məqam ondan ibarətdir ki, 85,9 milyon həşəratın ümumi gömrük dəyəri cəmi 142,6 min dollar təşkil edir. Bu isə bir həşəratın orta qiymətinin təxminən 0,00166 dollar, başqa sözlə, 0,28 qəpik olduğunu göstərir. Belə aşağı orta qiymət idxal olunan həşəratların böyük hissəsinin kənd təsərrüfatında istifadə edilən kütləvi bioloji material ola biləcəyini ehtimal etməyə əsas verir. 2025-ci ildə də bu məsələ ictimai müzakirələrə səbəb olmuşdu. Həmin vaxt AQTA nümayəndələrinin mediaya verdiyi açıqlamada Azərbaycana gətirilən həşəratların qida məqsədilə deyil, əsasən bitkilərin bioloji mühafizəsi üçün istifadə olunduğu bildirilmişdi.

Bəs bu həşəratlar konkret olaraq hansı məqsədlər üçün istifadə edilir?

İdxal olunan canlıların əsas istifadə istiqamətlərindən biri kənd təsərrüfatı bitkilərinə zərər vuran həşəratlarla mübarizədir. Bəzi yırtıcı həşəratlar, mənənə (bitkilərə zərər verən xırda həşərat), ağqanadlı, trips və digər zərərvericilərlə qidalanır. Parazitoid həşəratlar isə zərərvericilərin yumurta və sürfələrində inkişaf edərək onların çoxalmasını məhdudlaşdırır.

Digər istiqamət bitkilərin tozlandırılmasıdır. Xüsusilə, istixana təsərrüfatlarında arılardan və bombus arılarından istifadə olunur. Onlar pomidor, xiyar, bibər və digər kənd təsərrüfatı bitkilərinin tozlanmasına kömək edir, nəticədə məhsuldarlığın və məhsul keyfiyyətinin yüksəlməsinə şərait yaradırlar. Həşəratlardan bioloji mühafizə vasitəsi kimi istifadə edilməsi kimyəvi pestisidlərə ehtiyacın azaldılması baxımından da əhəmiyyətlidir. Bu yanaşma fermerlərin bitki mühafizəsi xərclərini azaltmağa, torpağın və ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinin qarşısını almağa kömək edə bilər. Xüsusilə istixana təsərrüfatlarında bioloji mübarizə iqtisadi baxımdan səmərəli nəticələr verə bilər".

Bəs xaricdən gətirilən həşəratların ekoloji təhlükəsi varmı?

Ekspertin sözlərinə görə, mütəxəssislərin diqqət yetirdiyi əsas risklərdən biri xarici mənşəli həşəratların yerli ekosistemə nəzarətsiz şəkildə buraxılmasıdır:

"Belə canlılar yeni mühitə uyğunlaşaraq sürətlə çoxala, yerli növlərlə qida və yaşayış mühiti uğrunda rəqabət apara, hətta digər faydalı həşəratların sayına mənfi təsir göstərə bilərlər. Bundan başqa, idxal olunan həşəratlarla birlikdə bitki xəstəliklərinin törədicilərinin və parazitlərin ölkəyə daxil olması ehtimalı da nəzərə alınmalıdır. Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının ISPM 3 standartı bioloji mübarizə vasitələrinin və digər faydalı orqanizmlərin idxalı, daşınması və təbiətə buraxılması zamanı risklərin qiymətləndirilməsini nəzərdə tutur. Azərbaycan qanunvericiliyində də zərərli orqanizmlərin ölkəyə daxil olmasının və yayılmasının qarşısının alınması üçün fitosanitar nəzarət mexanizmləri mövcuddur".

Akif Nəsirli əlavə edib ki, mövcud ümumi idxal statistikası əsasında Azərbaycana gətirilən 85,9 milyon həşəratın konkret növlərini müəyyənləşdirmək mümkün deyil:

"Gömrük məlumatlarında say və mənşə ölkələri göstərilsə də, bu göstəricilər həşəratların növünü, idxalçısını və dəqiq istifadə təyinatını tam açıqlamır. Statistikaya əsasən, Rusiyadan 84,28 milyon, Mərakeşdən 976 min, Belçikadan 642,5 min, Türkiyədən 3120, Niderlanddan isə cəmi 30 diri həşərat gətirilib. Niderlanddan idxal olunan 30 həşəratın gömrük dəyərinin 13 360 dollar təşkil etməsi isə ayrıca diqqət çəkir və əlavə izah tələb edir. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Aqrar Xidmətlər Agentliyindən bir sıra suallara cavab almaq vacibdir. Nəticə etibarilə həşərat idxalı özlüyündə təhlükəli və ya iqtisadi baxımdan mənasız fəaliyyət deyil. Əksinə, düzgün idarə olunduqda bu üsul kənd təsərrüfatında kimyəvi mübarizəyə alternativ yarada, məhsuldarlığın artırılmasına və ekoloji tarazlığın qorunmasına töhfə verə bilər. Bununla belə, 85,9 milyon diri orqanizmin ölkəyə gətirilməsi onların növünün dəqiq müəyyənləşdirilməsi, idxal məqsədinin açıqlanması və ekoloji təhlükəsizliyin təmin edilməsi məsələlərini xüsusi aktuallaşdırır".

Günəş Fərəh 

Azpolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Oktyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri