Astarada narkotik satanlar saxlanıldılar: Biri qadındır ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin gətirilməsi və ayrı-ayrı ünvanlara çatdırılmasına qarşı polis əməkdaşları sərhədçilərlə birlikdə əməliyyat keçiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Astara rayonunda keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar.
Həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 23 Fevral 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















