Astarada polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını və ailəsini ziyarət ediblər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astara, 8 noyabr, İlkin Adıyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin rəhbərliyi Zəfər Günündə Vətən müharibəsinin şəhidi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin ailəsini ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin əziz xatirəsi yad edilib, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağı qeyd olunub. Şəhid Orxan Babayevin timsalında qəhrəman oğullarımızın şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, vətənpərvər igidləri ilə fəxr etdiyi vurğulanıb.
Şəhidin ailəsi göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 08 Noyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















