Astaranın dağ kəndləri qazlaşdırılır
Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
Astarada dağlar qoynunda yerləşən Burzubənd kəndinin adının etimoloji mənası da elə “hündür dağ” anlamına gəlir. Lakin çətin relyefə malik olmasına baxmayaraq “Azəriqaz” İB tərəfindən kəndin qazlaşdırılması işləri davam etdirilir. Burzubəndin qazlaşdırılması başa çatdıqdan sonra burada 180 abonentin fasiləsiz və keyfiyyətli mavi yanacaqla təminatı mümkün olacaq.
Ümumilikdə Astara rayonunun Burzubənd və Vənəşikəş kəndlərinin qazlaşdırılması istiqamətində həyata keçirilən layihə üzrə 44 min poqonmetrə yaxın müxtəlif diametrli daşıyıcı qaz xətlərinin çəkilişi nəzərdə tutulub ki, bunun da artıq 25-26%-i icra edilib.
Lənkəran Regional Qaz İstismarı İdarəsinin şöbə rəisi Vəfadar Ağayevin verdiyi məlumata görə, kəndin qazlaşdırılması üçün 43 845 poqonmetr müxtəlif diametrli boruların çəkilməsi layihələndirilib. Hazırda işlərin 25-26%-i görülüb. Bütün sahələr üzrə işlər davam edir, qaynaq, dayaqların betonlanması və boyaq işləri görülür.
Qeyd edək ki, işlərin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Ətraflı “Azəriqaz”ın “ YouTube ” səhifəsində:
Bu mövzuda digər xəbərlər:Astaranın qocaman həsirçisi
02 May 2026 13:43
Astaranın dağ kəndlərinin qazlaşdırılması davam edir FOTO+VİDEO
31 İyul 2026 17:07
Astaranın bu ərazisinin işığı KƏSİLƏCƏK
24 Dekabr 2024 09:21
Astaranın təbiət incisi Sim kəndi
16 Oktyabr 2025 12:34
Astaranın iki kəndində qaz kəsiləcək
05 Avqust 2026 10:46
Baxış sayı:92
Bu xəbər 21 Avqust 2026 04:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















