Aston Villa qeyri adi komandadır, amma biz... Qvardiola qələbəni dəyərləndirdi
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində dünən baş tutan oyunda "Aston Villa"nı 2:1 hesabı ilə məğlubiyyətə uğradan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, qələbəni 90+4-cü dəqiqədə vurduğu qolla bayram edən "şəhərlilər"in çalışdırıcısının sözlərini "The Guardian" belə çatdırıb:
"Çox xoşbəxətəm. Biz son dörd matça çıxacaq və Çempionlar Liqasına vəsiqə verən yerlərdən birini tutmaq uğrunda mübarizə aparacağıq. Qalan dörd qarşılaşmada qalib gəlsək, mövsümün ən önəmli sualına cavab tapmış sayılacağıq.
Biz ən yaxşı komandalardan birinə qarşı çıxış etdik. Bunu anlamaq üçün dahi olmağa ehtiyac yoxdur. "Aston Villa" qeyri-adi komandadır, amma biz əvvəlki vaxtlardakı kimi bütün gücümüzü meydanda qoyduq".
Qeyd edək ki, bu qələbə sayəsində xalllarının sayını 61-ə çatdıran MS turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub. 57 xalı olan "Aston Villa" isə 7-ci sıradadır.
Nihat
Baxış sayı:137
Bu xəbər 23 Aprel 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















