Azərbaycanda gəmi bərələrlə daşınmış avtotexnikanın sayı 12% artıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən həyata keçirilən avtotexnika daşımalarında cari ilin 10 ayında 16% artım qeydə alınıb.
Bu barədə "APA-Economics" ASCO-ya istinadən xəəbər verir.
Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında ASCO-nun gəmi-bərələri ilə ümumilikdə 935 457 ton avtotexnika daşınıb. Ötən ilin eyni dövründə bu göstərici 805 566 ton təşkil edib.
Hesabat dövründə gəmi-bərələrlə 35 975 ədəd avtotexnika daşınıb. 2025-ci ilin müvafiq dövründə isə bu rəqəm 32 059 ədəd olub. Beləliklə, avtotexnika daşımaları ədədlə ifadədə 12% artıb.
2026-cı ilin oktyabr ayında da ASCO-nun gəmi-bərələri ilə avtotexnika daşımalarında artım tendensiyası müşahidə olunub. Ötən ay 97 900 ton avtotexnika daşınıb. Bu isə keçən ilin eyni ayının göstəricisindən (79 600 ton) 23% çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 27 Noyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















