Icma.az
close
up
RU
Astronomlar Günəş sistemindən kənarda həyatın olduğuna dair dəlillər tapıblar

Astronomlar Günəş sistemindən kənarda həyatın olduğuna dair dəlillər tapıblar

Icma.az bildirir, Oxumeni.az portalına istinadən.

Astronomlar Günəş sistemindən kənarda həyatın olduğuna dair dəlillər tapıblar

"Ceyms Uebb" ( “James Webb”) Kosmik Teleskopundan (JWST) istifadə edən elm adamları Günəş sistemindən kənarda həyatın mövcudluğunun ən inandırıcı dəlil ola biləcəyini bildiriblər. Onların gəldikləri nəticələrə görə, K2-18 b ekzoplanetinin atmosferində Yerdə yalnız canlı orqanizmlər tərəfindən istehsal olunan kimyəvi birləşmələr var.

Bu barədə “Reuters” xəbər verir.

Sözügedən qazlar dimetil sulfid (DMS) və dimetil disulfiddir (DMDS), onlar əsasən fitoplankton adlanan mikroskopik dəniz yosunları tərəfindən Yer kürəsinə yayılır. Tədqiqatçıların fikrincə, bu, K2-18 b planetində mikrob həyatının mövcudluğundan xəbər verə bilər. Eyni zamanda alimlər vurğulayırlar ki, söhbət hələlik yadplanetli orqanizmlərin kəşfindən deyil, mümkün bioimzadan - bioloji aktivlik əlamətindən gedir və əlavə müşahidələrə ehtiyac var.

K2-18 b ekzoplanetinin kütləsi Yerdən 8,6 dəfə, diametri isə 2,6 dəfə böyükdür. O, Yerdən təxminən 124 işıq ili uzaqlıqda, Şir bürcündə yerləşən qırmızı cırtdan ulduzunun "yaşayış zonasında" yerləşir. Bu zonada həyatın əsas komponentlərindən biri olan maye suyun olması üçün şərait ola bilər.

K2-18 b "sub-Neptunlar" sinfinə aiddir - Yerdən böyük, lakin Neptundan kiçik olan planetlər. Əvvəllər elm adamları okeanlarla örtülmüş və hidrogen atmosferinə malik olan "Qiçean" adlanan aləmlərin mövcudluğunu güman edirdilər. K2-18 b bəlkə də bu tipə aiddir.

Əvvəlki JWST müşahidələri planetin atmosferində metan və karbon qazı, karbon tərkibli molekullar aşkar etmişdi ki, bu da bioloji aktivliyin mümkünlüyünü göstərir.

Kembric Universitetinin Astronomiya İnstitutunun astrofiziki Nikku Madhusudhan, “Astrophysical Journal Letters”-də dərc olunan məqalənin aparıcı müəllifi, "Biz müşahidə astrobiologiyası dövrünə qədəm qoyduq " bildirib. Eyni zamanda, Madhusudhan müşahidələrin etibarlılığını nəhayət təsdiqləmək üçün onların daha iki və ya üç dəfə təkrarlanmasının zəruriliyini vurğulayır, həmçinin bu maddələrin planetin şəraitində abiotik, yəni həyatın iştirakı olmadan yarana biləcəyini öyrənmək lazımdır.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 17 Aprel 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri