Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Astronomlar qrupu kiçik ulduz orbitində fırlanan nəhəng planet müəmması ilə qarşılaşıb

Astronomlar qrupu kiçik ulduz orbitində fırlanan nəhəng planet müəmması ilə qarşılaşıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 iyun, AZƏRTAC

Astronomlar müəmmalı kosmik uyğunsuzluğu - həqiqətən kiçik bir ulduzun ətrafında fırlanan nəhəng bir planeti müşahidə ediblər. Bu kəşf planetlərin necə əmələ gəlməsi ilə bağlı mövcud anlayışa ziddir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, kiçik ulduz Günəşin kütləsinin yalnız beşdəbiri qədərdir. Bu böyüklükdə ulduzlar, planetlərin formalaşması ilə bağlı aparıcı nəzəriyyələr əsasında Yer və Marsa oxşar kiçik planetlərə ev sahibliyi etməlidir. Lakin bu ulduzun ətrafındakı orbitdə aşkar edilən obyekt daha böyükdür; əslində, Günəş sistemindəki ikinci ən böyük planet olan Saturn qədər nəhəngdir.

TOI-6894 adlı ulduz Yerdən təxminən 240 işıq ili uzaqlıqda, Şir bürcündə yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir (9,5 trilyon kilometr). Bu, əvvəlki iki rekordçudan təxminən 40 faiz kiçik, böyük bir planetə ev sahibliyi edən ən balaca ulduzdur.

İngiltərədəki Uorvik Universitetinin astronomu, “Nature Astronomy” jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi Edvard Brayant deyib: “Belə kiçik ulduzun nəhəng planeti necə saxlaya biləcəyi sualı yeni kəşfin gündəmə gətirdiyi sualdır və biz hələ bunun cavabını tapa bilməmişik”.

Günəş sistemimizdən kənarda olan planetlərə ekzoplanetlər deyilir. Orbitə çıxan TOI-6894 Yer kimi qayalı bir planetdən çox, Günəş sistemindəki Saturn və Yupiterə bənzər qaz nəhəngidir.

Planet sisteminin doğulması böyük bir qaz və toz buludundan başlayır (molekulyar bulud adlanır) və mərkəzi ulduz yaratmaq üçün öz cazibə qüvvəsi altında çökür. Protoplanetar disk adlanan hissədə ulduzun ətrafında fırlanan qalıq material planetləri əmələ gətirir. Kiçik buludlar daha kiçik ulduzlar doğurur və balaca disklər planetləri yaratmaq üçün daha az material ehtiva edir.

London Universitet Kollecinin Mullard Kosmik elm laboratoriyasından ekzoplanet alimi və tədqiqatın həmmüəllifi Vincent Van Eylen bildirib ki, kiçik toz və qaz buludlarında nəhəng planet yaratmaq çətindir. O əlavə edib: “Bunun səbəbi odur ki, nəhəng bir planet yaratmaq üçün tez bir zamanda böyük bir planet nüvəsi yaranmalı və sonra həmin nüvənin üstünə çoxlu qaz yığılmalıdır. Kiçik ulduzlarda bu sürətlə planeti əmələ gətirmək üçün kifayət qədər kütlə yoxdur”.

Planet öz ulduzuna Yerin Günəşə olduğundan təxminən 40 dəfə yaxın məsafədə yerləşir və orbitini təxminən üç günə tamamlayır. Onun ulduza yaxınlığı planetin səthinin kifayət qədər isti olduğunu göstərir, baxmayaraq ki, “qızmar Yupiterlər” adlanan qaz nəhənglərinin daha böyük ulduzlara yaxın və o qədər də isti olmayan orbitdə fırlandığı təsbit edilib.

Nəhəng planetin diametri Saturndan bir qədər böyük və Yupiterdən azacıq kiçik olsa da, onlardan daha az sıxdır. Onun kütləsi Saturnun kütləsinin 56 faizi və Yupiterinkinin 17 faizi qədərdir.

Planetin tədqiqində istifadə edilən əsas məlumatlar NASA-nın orbitdəki “Transiting Exoplanet Survey” peyki və ya TESS və Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən çox böyük teleskopundan əldə edilib.

Tədqiqatçılar, həmçinin “James Webb” kosmik teleskopundan istifadə edərək gələn il ərzində planlaşdırılan müşahidələrlə planetin tərkibini daha yaxşı öyrənməyə ümid edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri