Ata oğul qarşılaşmasında duyğulu anlar Video
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Uruqvay çempionatının yüksək liqasının 7-ci turunda ötən gün keçirilən "Nasinonal" - "Proqreso" matçından sonra duyğulu anlar yaşanıb.
QOL. az xəbər verir ki, "Nasional"dan çıxış edən Aqustin Dos Santos 2:1 hesablı qələbənin ardından rəqib komandanın futbolçusu olan atası Conatan Dos Santosa sarılıb.
Onlar göz yaşlarını saxlaya bilməyiblər.
Conatanın 34, Aqustinin isə 18 yaşı var. Bir müddət əvvəl ata Dos Santos yerli mətbuata açıqlamasında oğlu haqqında deyib: "O, oğuldan daha çox dostdur. Biz demək olar ki, birlikdə böyümüşük. Çünki mən 16 yaşımda, çox gənc ikən ata oldum. Aqustinin həm də peşəkar futbolçu olması ailə üçün qürur mənbəyidir".
Qeyd edək ki, Aqustin matça start heyətdə çıxıb və əvəzlənmədən oynayıb. Onun atası isə sona qədər ehtiyatda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 04 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















