Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Ata vəsiyyəti, oğul qeyrəti...

Ata vəsiyyəti, oğul qeyrəti...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xalqının özünəməxsus zəngin milli - mənəvi dəyərlər sistemi var. Bizim bir növ əxlaq-davranış kodeksimizi təşkil edən, həyata baxışımızın çərçivələrini müəyyənləşdirən, bizə əyri və doğru yolu göstərən bu dəyərlər əsrlərin sınağından çıxaraq cilalana-cilalana bu günümüzə gəlib çatmışdır. Azərbaycan xalqının hər yeni nəsli kimi indiki gənclərimiz də məhz bu dəyərlərdən bəhrələnməklə ən müxtəlif sahələrdə Vətənə, xalqa bağlılıqlarını yüksək səviyyədə nümayiş etdirirlər.

Oğul üçün böyük şərəf

Ata vəsiyyəti, oğul qeyrəti də Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Atanın arzularını yerinə yetirmək, yarımçıq qalan işlərini davam etdirmək oğul üçün ən böyük şərəf sayılır. Oğul ləyaqətli və qeyrətlidirsə, bunu mütləq edir, nə qədər ki, bunu bacarmayıb, özünə rahatlıq tapa bilmir...

 “Atamın mənə nə deyə biləcəyinə gəldikdə, əlbəttə, bunu bilə bilmərəm. Amma təxmin edə bilərəm. Məncə, siz də təxmin edirsiniz. Bu, yəqin ki, daha çox ritorik sualdır. Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq”. Bu fikirləri Prezident İlham Əliyev iyulun 19-da azad Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən  III Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən deyib.

Auditoriya kifayət qədər böyük idi. Xankəndinin ev sahibliyi etdiyi forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri bir araya gəlmişdilər. Mötəbər auditoriya qarşısında dövlət başçısının ata vəsiyyətinə belə ciddi önəm verməsi və  bu vəsiyyəti yerinə yetirdiyinə görə özünü xoşbəxt sanmasını qürur hissi ilə ifadə etməsi sıradan bir göstərici deyil. Bu, bir tərəfdən İlham Əliyevin xalqına, milli-mənəvi dəyərlərinmizə bağlılığının təsdiqidir. O, siyasət, diplomatiya nəhəngi olsa da, Azərbaycan xalqının mənəvi kodeksinə sıx bağlıdır, verdiyi vədləri yerinə yetirməyi özünə borc sanır və mütləq qaydada yerinə yetirir.

Müdrik siyasətçi Heydər Əliyev Özündən sonra böyük miras qoyub. Bütövlükdə, müstəqil Azərbaycan Onun şah əsəridir. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə gələn Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirdi, müstəqilliyimizin itirilməsinin qarşısını aldı və bütün sahələrdə yeni inkişaf istiqamətləri müəyyənləşdirdi. Onun böyük istəkləri, arzuları, planları var idi. Ancaq ömür vəfa etmədi başladığı işlərin hamısını sona çatdırmağa.

Heydər Əliyev hələ sağlığında ikən əminliklə bildirmişdi ki, Onun sona çatdıra bilmədiyi işləri özü qədər inandığı və ümid bəslədiyi İlham Əliyev həyata keçirəcək. Böyük həyat təcrübəsinə malik olan Heydər Əliyev inamında yanılmamışdı. İlham Əliyev 2003-cü ildə ilk dəfə xalqın etimadını qazanaraq Prezident seçildikdə andiçmə mərasimində əsas vəzifəsinin Ulu Öndərimizin siyasi kursunu davam etdirmək olacağına vəd verdi. O, iyirmi ildən artıqdır ki, bu vədə sadiq qalır və Azərbaycanı zirvələrdən-zirvələrə yüksəldir.

Ulu Öndərin ən ümdə arzusu

Ulu Öndərin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. Xüsusilə də O, zamanında xəyanət nəticəsində düşmən əlinə keçən Şuşanı Azərbaycanın rəmzi kimi səciyyələndirərək əminliklə bildirirdi ki, biz Şuşaya mütləq gedəcəyik.

Heydər Əliyev işğala məruz qalan ərazilərimizin geri qaytarılması istiqamətində müdrik və ardıcıl siyasət aparırdı. Uzaqgörən siyasətçi olan Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanın güclənməsi üçün vaxt qazanmaq lazımdır. Məhz Onun böyük səyləri sayəsində 1994-cü ildə atəşkəsə nail olundu. Bundan sonra Azərbaycanın quruculuq dövrü başladı. Ulu Öndərin işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması, transmilli şirkətlərlə imzalanan neft müqavilələrinin sabitlik şəraitində icrası ölkəmizin  iqtisadi inkişafına zəmin yaratdı. Sonrakı mərhələdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın iqtisadi potensialına əsaslanmaqla ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü Ordu yaratmağa nail oldu. Ulu Öndərin böyük arzularını, vəsiyyətlərini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. 44 günlük Vətən müharibəsində Ordumuz misilsiz şücaətlər göstərərək ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. 2020-ci il noyabrın 8-də Şuşanın geri qaytarılması ilə Heydər Əliyevin “biz Şuşaya mütləq qayıdacağıq” arzusu çin oldu. Məhz Şuşadakı sarsıdıcı məğlubiyyətdən sonra düşmən məğlubiyyətini etiraf etmək və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”, - deyə  Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi münasibətilə  xalqa müraciətində vurğulayıb.

Bu gün Azərbaycan hər mənada Ulu Öndərin arzuladığı Azərbaycandır. Ulu Öndər güclü Azərbaycan görmək istəyirdi. Prezident İlham Əliyev bunu təmin edib. Ulu Öndər ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını arzulayırdı. Prezident İlham Əliyev aylı, ulduzlu üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xankəndidə, Xocalıda və Şuşada ucaldıb.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri