Icma.az
close
up
RU
Menu

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Ataların oğullara şöhrət ərməğanı

Ataların oğullara şöhrət ərməğanı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

...Əlindəki baltanı neçə illər əvvəl ömrünü başa vursa da, “göz dağı” kimi qalmış qoz ağacının kötüyünə söykəyib özünəməxsus səliqə ilə brezent əlcəklərini də çıxardı. Dəsmalla alnını, yanaqlarını sildi. Sonra həmişəki kimi, əsgəri addımlarla mənə sarı tələsdi. İri, işdən-gücdən qaralmış əlləri kürəyimdə qovuşdu. Yanağını üzümə söykəyib, elə beləcə də pıçıltı ilə bircə-bircə Bakıda yaşayan uşaqlarını, nəvələrini, dostlarımı, iş yoldaşlarımı soruşdu, kef-əhvallarını xəbər aldı. Ötən gəlişimdə kimlərə salam göndərmişdisə, çatıb-çatmadığı ilə maraqlandı.

Adətim üzrə belə hallarda heç nə danışmır, ürəyini boşaltmağını gözləyirəm həmişə. Bu dəfə də xeyli dinmədim. Köksümə sığınan kişinin bir vaxtlar çoxlarının həsəd apardığı boy-buxununu, enli çiyinlərini, iri, göyümtül gözlərini, güclü əllərini, həmişə par-par parıldayan xrom çəkmələrini olduğu kimi xatırlamağa çalışdım.

Müharibədən qayıtdığı vaxtdan kolxozda birqadir, sonralar Gəncə Kənd Təsərrüfatı İnstitutunu qiyabi yolla bitirib, mühasib işlədiyi illərdə rastlaşdığım mənzərələri də necə var, o cür yada salmaq istədim. Qollarımın arasında isə arıq, yanaqlarının almacıq sümükləri qabarmış, səsi kallaşmış, o qədər də yaxşı eşitməyən qoca əziz adamlarının iş-gücü, sağ-salamatlığı barədə suallara cavab axtarırdı. Bu, bir növ, onun cavanlıqdan gələn vərdişi idi. Ürəyi istədiyi adamlar barədə hal-əhval tutmayımca dincələn deyildi.

Qoz kötüyünə söykədiyi baltanı əlinə götürüb o üz-bu üzə çevirdi:

– Təzə itilətmişəm, – dedi. Ağzı kütləşəndə əllərimi incidir, əlcək də kömək eləmir.

Üz-gözümdəki narazı ifadəni dərhal duydu.

– Vallah, bala, Aqşin də imkan vermir ki, əlimi ağdan-qaraya vurum. Amma yaxşı bilirsiniz ki, məni işləmək, həyət-bacada hərlənmək saxlayır. Düzdür, gəlin də, uşaqlar da qulluğumda yaxşı dururlar. Amma ananızdan sonra heç cür bekar qala bilmirəm. Belə-belə işlərlə başımı qatıram. Samovara çır-çırpı doğrayıram, ağacların dibini yumşaldıram, qurumuş budaqlarını budayıram, mal-heyvanın yemini verirəm. Xahiş edirəm, buna görə məni qınamayın. Hələ ki canımda can var, bu cür də olacağam!

Heç nə deyə bilmədim... Qoluna girib yaxınlıqdakı kətilə tərəf apardım. Oturmadı, dedi ki, az-çox işləmişəm, yuyunmasam otura bilmərəm. Gözümü açandan onu bu cür səliqə-sahmanlı, özünə baxan adam kimi görmüşəm. Geyiminə, üst-başına, danışığına, yerişinə-duruşuna görə çoxlarına nümunə göstərilib. Bu yaşda da eynən cavanlıqdakı kimidir. Heç nə dəyişməyib! Bircə yaşının üstünə yaş gəlib, hiss olunacaq dərəcədə arıqlayıb.

Amma yaddaşı yerindədir, lap cavan oğlanlarda olduğu kimi. Yaxşı yadımdadır ki, orta məktəbdə keçirilən riyaziyyat imtahanlarında çətin sualların cavabını həmişə ondan istəyirdilər. Rayon məhkəməsinin xalq iclasçısı kimi neçə-neçə insanın köməyinə çatırdı. Kənddə elçi kimi getdiyi qapıdan heç vaxt “əliboş” qayıtmazdı.

Gecə yarısınadək söhbətimizə ara vermədik. Dünyada baş verən son hadisələri çözələdik, nəvələrinin təhsili, nəticələrinin ağlağan olub-olmaması ilə bağlı çeşidli suallarını ətraflı cavablandırdım. Deyəsən, razı qalmışdı. İndi də nə isə soruşmaq, xatirələrini dinləmək növbəsi mənə çatmışdı. Danışdırdım. Onsuz da xaraktercə kövrək olan kişi 9 may ərəfəsində daha da yuxalmışdı. Mayın 9-u onun üçün ikiqat əzizdir. Bu tarixi biz həm də onun doğum günü kimi qeyd edirik.

...474-cü piyada alayının sıravi əsgəri kimi Ukraynanın Jitomir vilayətinin

Volınsk, Rovno şəhərləri ətrafından ta Fransanın Lion şəhərinədək ölüm dəhlizini sağ-salamat keçib gedə bilib:

– Göydə Allah, yerdə atamın alqışı, anamın duaları saxladı məni. Neçə-neçə həmyerlimi, cəbhə boyu dostlaşdığım igid insanları itirdim. Bəzilərini yaralı-yaralı qucağımda kilometrlərlə irəli aparmışam. Hər dəfə həlak olan səngər yoldaşlarımın gözünü qapayanda özüm də min yol ölüb-dirilmişəm. Düşmən mühasirəsində olduğumuz vaxtlarda ac qaldığımız, ağac qabığı, giləmeyvə ilə keçinən vaxtlarımız da olub. Amma sarsılmamışıq. Ovaxtkı anlayışla desək, vətən uğrunda canımızdan keçməyə and içmişdik.

SSRİ-ni, Avropanın işğal olunmuş nə qədər ölkəsini faşizmdən xilas etdik. Səngərlərin soyuq sifəti, əzablı, qanlı-qadalı yolların yorğunluğu, bəzən bircə patrona güvənməyimiz belə iradəmizi sarsıda bilmədi. Radiodan, cəbhə qəzetlərindən öyrənəndə ki, Həzilərimiz, Gəraylarımız, İsrafillərimiz, Ziyalarımız, Məliklərimiz, Hüseynbalalarımız, Mehdilərimiz necə qəhrəmanlıq nümunəsi göstərirlər, düşmənin başına necə od ələyirlər, ürəyimiz dağa dönürdü. Özümüzü elə o qəhrəmanların yerində hiss edirdik.

Əlbəttə, çox istəyirdik ki, hər birimiz vətənə qızıl ulduzlu, general paqonlu dönək. Bu tale hər kəsə də qismət olmur axı... Amma hər dəfə süngümüz düşmənin bağrını dələndə, atdığımız güllənin hədəfə dəydiyini görəndə sanırdıq ki, bu mənzərəni bizdən qələbə sorağı gözləyənlərin hamısı görür, qiymətləndirir, alqışlayır.

İndi hər il mayın 9-da rayon mərkəzində yığışırıq, bir-birimzdən hal-əhval tuturuq. “Ana” abidəsinin qarşısına gül dəstələri düzürük. Ulu öndər Heydər Əliyevin xatirəsini yad edirik. Allah o kişiyə qəni-qəni rəhmət eləsin. Əsl igid adam, nüfuzlu general idi. Azərbaycanı ağ günə çıxardı. Allah oğlunun, nəvələrinin üzünü həmişə ağ eləsin!

Prezidentimiz bizə xüsusi diqqət yetirir, qayğımıza qalır. Qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi üçün Ulu öndərin başladığı işləri Prezidentimiz necə sadiqliklə, diqqətlə həyata keçirir. Halal olsun Ali Baş Komandanımıza! Mən ölkəmizin qocaman sakinlərindən biri, oddan-alovdan çıxmış müharibə veteranı kimi ona da əminəm ki, inşallah, Qarabağ məsələsi də sülh yolu ilə həllini tapar. Ermənilər bu yolla razılaşmasalar, qoy onda özlərindən küssünlər!

Beləcə, söhbətimiz xeyli uzandı. Gündəlik mətbuatı izlədiyi, əvvəlki illərdəki kimi televiziya və radio verlişlərini diqqətlə dinlədiyi aydınca duyulurdu.

– Deyirəm, a bala, yamanca azalırıq ha... Siz sağ olun, cavanlar uzun yaşasın, Allah körpələrə qıymasın. Qafqazdan Berlinədək olan uzun, əzabılı yollarda 420 min azərbaycanlı öz canından keçmədimi? Keçdilər, özü də igidliklər, qəhrəmanlıqlar göstərdilər. Davaya Azərbaycandan gedənlərin 142-si Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. General Həzi Aslanov bu adı iki dəfə qazandı. Qəhrəman adı alanların hamısı haqq dünyasındadır. “Şöhrət” ordeninin 3 dərəcəsinə layiq görülmüş Muradəli Heydərov sağdır, hazırda Zərdabda yaşayır. Bir dəfə Bakıda Həzi Aslanovun qəbrini ziyarət edəndə görüşmüşük, çox ləyaqətli insandır.

Ertəsi gün səhər çayı süfrəsi ətrafında da söhbətimiz son dərəcə maraqlı keçdi. Əlini üzbəüzədək dağlara sarı uzadıb, köksünü ötürdü: “O yamaclara el arasında “Qaş” deyirlər. Elə rayonun bir zamanlar daşıdığı Qutqaşın (Qutqaşen) adı da “qaş”, “Qurd qaşı” mənasını verir” – dedi. Sonra ağsaqqal türk totemləri, qədim yer-yurd adları barədə düşüncə və qənaətlərini əsl tarixçilər kimi şövqlə sadaladı:

– Bax, a bala, bu kəndin özündə, həndəvərində nə qədər qədim türk adları, ünvanları var: Qurd dərəsi, Qurdlu bulaq, Borçalı dərəsi, Qazan dərəsi, Çanaqbulaq, Muğanlı, Pirəhmədli, Kotanlı, Kosalar, Palantökən, daha nə bilim nələr, nələ. Hələ sal daşlardan salınan Alban qəbirlərini, üç yüz-dörd yüz yaşı olan xan çinarları demirəm. İndi bizim yaşadığımız kəndin də adı əslində Kürd deyil, deyilənə görə, Qurdlardır. Ruslar sənədləşmədə “Kurt” yazıblar. Amma əsl türk oylağının yer-yurd adları tamam başqa şey deyir axı...

Əslən Ərəş mahalından, Ağdaşdan, anası isə Qarabağdan olan, amma tapındığı bu yerlərə sıx bağlanan ağsaqqalın dəmir məntiqinə inanmamaq olmur. Sonralar bu barədə özümün də çıxardığım nəticələrlə bağlı Akademik Teymur Bünyadovla telefon söhbətimiz oldu. Görkəmli alim bütün bunlar barədə elmi axtarışların zəruriliyini dilə gətirdi. Hər halda, mülahizə və təxminlərə geniş spektrdə işıq salan tapılar və qədim yurd yerlərimizdən birinin əsl adı da özünə qayıdar.

...Həmişəki kimi tez qayıtmağıma görə heç bir etiraz bildirmədi. “İş-güc adamısan, nə vaxt istəyirsən qayıt” dedi. Rəngi-başı xeyli açılmışdı. Şifonerdən yaxası medalla bəzənmiş pencəyini də çıxarıb geyindi. “Arıqlasam da, əynimə yaxşı oturur” dedi:

– Yaxşı yol olsun sənə. Salamlarımı evdə, işdə hamıya çatdır. Dostlarına de ki, Qəbələyə yolları düşəndə mütləq qonağım olsunlar, çayımı içsinlər. Vaxtları çox olsa, hələ onlarla bir nərd də oynayaram. Yaddan çıxarmayın ki, bir vaxtlar – 41-45 arası bizə “birincilər”, qvardiyaçılar deyərdilər. İndi isə yenidən doğulmuşların sonuncularıyıq...

2011-ci ilin martında “sonuncular”ın doğma insanı ilə sağollaşıb, əllərini möhkəm-möhkəm sıxıb mayın 9-da görüşmək arzusu ilə ondan ayrıldım. Yolboyu bircə onu fikirləşirdim ki, ömründə özü haqqında mətbuatda yazı verilməsinə, televiziyada, radioda adının çəkilməsinə imkan verməyən, taleyindən daim razı qalan və heç kimdən giley-güzar etməyən atam bu yazını, görəsən, necə qarşılıyacaq?!

Sonda bildirim ki, İsmayıl Müzəffər oğlu 2012-ci il dekabırın 4-də 89 yaşında haqq dünyasına qovuşdu. Artıq 6 ildir ki, atamın da, haqq dünyasında olan döyüş yoldaşlarının da ruhu Vətənimizin bütövlüyü sarıdan rahatdır. İkinci Dünya müharibəsində və Qarabağ uğrunda canlarından keçən igid oğul və qızlarımızın məkanı cənnət olsun!

Akif CABBARLI,
yazıçı-jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2026 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see246

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see231

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see180

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see176

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see176

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see172

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see171

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see165

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see165

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see164

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see163

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see161

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see159

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see158

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see151

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see149

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri