Netanyahu Amerikanın planını rədd etdi, Trampın kürəkənindən sərt xəbərdarlıq gəldi
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner İsrailin hazırkı siyasətini dəyişməyəcəyi təqdirdə beynəlxalq təcrid təhlükəsi ilə üzləşə biləcəyini bildirib.
Moderator.az “New York Magazine” jurnalına istinadən xəbər verir ki, Kuşner İsrailin 7 oktyabr hadisələrindən sonra tarixi seçim qarşısında olduğunu deyib. Onun sözlərinə görə, ölkə təhlükəsizliyini gücləndirmək və beynəlxalq əlaqələrini genişləndirmək əvəzinə mövcud kursunu davam etdirsə, ciddi nəticələrlə üzləşə bilər.
Kuşner Qəzza zolağının gələcəyi ilə bağlı Benyamin Netanyahu ilə fikir ayrılıqlarının olduğunu da açıqlayıb. O, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffla birlikdə HƏMAS-la danışıqlarda iştirak etdiyini, lakin Netanyahunun Amerikanın Qəzza planını dəstəkləmədiyini bildirib.
ABŞ Qəzzanın bərpası üçün 2,45 milyard dollar toplamağı planlaşdırsa da, İsrail rəhbərliyinin mövqeyi bu təşəbbüsün həyata keçirilməsini çətinləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Noyabr 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















