Atam hərəkət qabiliyyətini tamamilə itirib Xalq artistinin qızı
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Son üç-dörd gündür atamın vəziyyəti ağırlaşıb”.
Redaktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı deyib.
O bildirib ki, atası hazırda özündə deyil, hərəkət qabiliyyətini tamamilə itirib.
“Xəstəxanadan evə buraxılandan sonra bizim köməyimizlə evdə hərəkət edə bilirdi. İndi tamamilə hərəkət etmir, huşu da yerində deyil. Təzyiqi 260-a qalxır, dərmanla, iynə ilə aşağı salırıq. İki gündür bədən hərarəti də yüksək olur. Heç bir şey yemir.
Bibilərimlə məsləhətləşdik ki, xəstəxanaya aparmayaq. Vəziyyəti son dərəcə kritikdir. Bunu demək mənim üçün çox çətindir. Amma xəstəxanada vəfat etməsini istəmirik. Nə olursa, öz evində olsun. Axşam həkimlər gələcəklər. Son olaraq onlarla da məsləhətləşib bir qərara gələcəyik”, - deyə, aktyorun qızı əlavə edib.
Baxış sayı:140
Bu xəbər 26 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















