Icma.az
close
up
RU
Atam mənimlə fəxr edir Tələbə olan şəhid övladları

Atam mənimlə fəxr edir Tələbə olan şəhid övladları

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan edilib. Tələbə adını qazanan minlərlə abituriyent arasında şəhid övladları da var.


Modern.az müsabiqə şərtlərini uğurla keçən bir neçə şəhid övladı ilə əlaqə saxlayıb.

Şəhid mayor Abakar Hacıyevin oğlu Hacı Hacıyev bu il tələbə adını qazananlar içərsindədir. O, 533 balla Xəzər Universitetində İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisasına qəbul olub. 
O bu uğurun müəllimlərə borclu olduğunu bildirib:
"Uşaqlıqdan kompüter sahəsinə marağım olub. Artıq 9-cu sinifdə qəbul fənlərinə informatika fənnidə əlavə olunduqda seçəcəyim qrupu dəqiqləşdirdim. Bu sahədə bir çox uğurumda olub. 2023 cü ildə keçirilən Dünya Robot Olimpiyadasında Azərbaycanda 1-ci yer, Panamada keçirilən dünya turunda isə komandamla 2-ci yerə layiq görüldük". 

Atamla bu haqda danışmışdıq

"2024 cü ildə isə Sabahın Alimləri yarışmasında 1-ci yerə layiq görüldüm və gənclər və idman naziri tərəfindən “İlin Gənci” seçilərək mükafatlandırıldım. Bu uğurlarımdan sonra kompüter sahəsinə marağım daha da artdı. 
İxtisas seçimlərimdə iki universitet - ADA və Xəzər Universitetini seçmişdim. Atamla bu haqda danışanda böyüyəndə mühəndis olacağımı deyirdim, 9-cu sinifdən sonra isə informatikaya marağım daha da çoxaldığı üçün bu inşaat mühəndisliyi yox, informatika yönümlü fənlərə daha çox marağım artdı və təhsilimi də bu yöndə davam etdirmək istədim. Gələcəkdə isətəhsilimi xaricdə davam etdirmək istəyirəm", - deyə Hacı Hacıyev bildirib.

Şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva isə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olunub. 

"Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmaq mənim üçün həm də qürurludur. Çünki tarix yazan birinin qızıyam. Oxuduğum, işlədiyim müddətdə özümü daha da inkişaf etdirmək məqsədindəyəm. Gələcəkdə isə ikinci təhsil kimi hüquqşünaslıq ixtisasına yiyələnmək istəyirəm. 

Atamla bu mövzuları çox danışmamışdıq. O şəhid olanda hələ mənim yaşım az idi. Amma inanıram ki, o da indi məni görür və fəxr edir".

Şəhid polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidli təhsilini davam etdirmək üçün Türkiyəni seçib. O, Eskişehir Osmanqazi Universitetində, Biznesin təşkili və idarəolunması ixtisası üzrə bakalavr təhsili alacaq.  
“Türkiyənin Eskişehir Osmanqazi Universitetinin Biznesin idare olunması fakültesine qəbul olunmuşam. Hamı kimi mən də çox sevinirəm", - deyə o bildirib.
Bu ixtisas atamın mənim üçün arzuladığı sahədir:
“Mən özümə borc bildim ki, onun bu arzusunu yerinə yetirim”. Şükür Həmidovun oğlu Nurlan onu da bildiirb ki, gələcəkdə təhsilini başa vurduqdan sonra işləmək üçün ölkəyə dönəcək. 


 

Şəhid polkovnik-leytenant Sadiq Məmmədovun qızı Səbinə Məmmədzadə Azərbaycan Dillər Universitetinin Tərcümə (Koreya dili üzrə) ixtisasına qəbul olunub. 
O, saytımıza açıqlamasında qeyd edib ki, imtahanlara hazırlaşdığı vaxtdan bu fakültəyə daxil olmaq istəyib:
“İnsan istədiyini əldə edəndə çox yaxşı hiss edir və gələcəkdə də istədiyini əldə etmək üçün çalışmağa motivasiyası yaranır. Ümid edirəm hər bir məzun bu xoşbəxtliyi yaşayar”. 

Sadiq Məmmədov şəhid olarkən qızı hələ 14 yaşında olub

“Atamın yaşadığı dövrdə biz hələ bu haqda heç danışmamışdıq. Lakin o mənim dillərə olan marağımı bilirdi və əlindən gəldiyi qədər dəstək olurdu. Atamın yaşadığı dövrdə biz hələ bu haqda heç danışmamışdıq. Lakin o mənim dillərə olan marağımı bilirdi və əlindən gəldiyi qədər mənə dəstək olurdu”- deyə sonda tələbə adını qazanan S. Məmmədzadə bildirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Avqust 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri