Axşam bu qidanı yeyin, yuxunuzun keyfiyyəti artsın KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Axşam yeməyində balıq yemək yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər. Xüsusilə qızılbalıq tərkibindəki zülal, omeqa-3 yağ turşuları və D vitamini sayəsində daha rahat yatmağa kömək edə bilər.
KONKRET.az xəbər verir ki, diyetoloq Sem Siqel bu barədə “Real Simple” nəşrinə açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, yaxşı yuxu üçün axşam yeməyində ən uyğun seçimlərdən biri qızılbalıqdır. Bu balıq zülalla zəngindir. Zülalın tərkibində isə yuxu ilə əlaqələndirilən triptofan amin turşusu var.
Diyetoloq bildirib ki, qızılbalığın faydası yalnız triptofanla məhdudlaşmır. Onun tərkibində omeqa-3 yağ turşuları, D vitamini və antioksidantlar da mövcuddur. Bu qida maddələrinin birgə təsiri balığı axşam yeməyi üçün dəyərli seçimə çevirir.
Siqel axşam yeməyində zülal miqdarına da diqqət yetirməyi tövsiyə edib. Onun məsləhətinə görə, son yeməkdə təxminən 110-140 qram balıq və ya digər zülallı qida qəbul etmək kifayətdir. Bu miqdar təxminən ovuc ölçüsünə uyğundur.
Diyetoloq qızılbalığın qarabaşaq və ya şirin kartof kimi kompleks karbohidratlarla, eləcə də tərəvəzlərlə birlikdə yeyilməsini məsləhət görüb. Onun fikrincə, karbohidratlar triptofanın beyinə çatmasına kömək edir.
Qeyd edək ki, mütəxəssislər axşam saatlarında çips və şirniyyat kimi qidaların qəbulunu da məhdudlaşdırmağı tövsiyə edirlər. Bu məhsulların tez-tez və həddindən artıq istehlakı maddələr mübadiləsinə və qan şəkərinin tənzimlənməsinə mənfi təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 Noyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















