Icma.az
close
up
RU
Atam xaricdə oxumağıma 1 şərtlə icazə verdi... MİT ə qəbul olan Nəzrin

Atam xaricdə oxumağıma 1 şərtlə icazə verdi... MİT ə qəbul olan Nəzrin

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2024-cü il məzunu Nəzrin Balayeva ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub.

O, beynəlxalq nüfuzlu Chartered Financial Analyst (CFA) level 1 sertifikasiyanı (ilk 10%-də) qazanan ən gənc tələbə olub. O, UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb, eyni zamanda AQA Şirkətlər Qrupunun “Dəmir Ay” təqaüdünə layiq görülüb.

Nəzrin "SOFAZ Stock Pitch Competition", "Azerbaijan Business Case Competition (ABCC)" və "Enactus World Cup" yarışmalarının qalibidir.

Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda Moonwake Investment şirkətində Biznes Analitik kimi çalışır.

Modern.az xəbər verir ki, AzEdu.az bu münasibətlə Nəzrin Balayeva ilə əlaqə saxlayıb.

Müsahibəni təqdim edirik.
 

- Nəzrin xanım, sizi ilk növbədə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. Çox istərdik ki, oxucularımıza sizi daha yaxından tanıdaq.

- Çox sağ olun. Mən, Nəzrin Balayeva orta təhsilimi 146 saylı orta məktəbdə bitirmişəm. 2020-ci ildə bakalavr üzrə 660 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olub, 2024-cü ildə məzun olmuşam.

- ABŞ-də təhsil almaq bir çox gəncin arzusudur. Necə oldu ki, burada təhsil almaq qərarına gəldiniz?

- Düzünü desəm, MİT-dəki bu proqram mənim üçün xüsusi maraq kəsb edirdi. Məhz buna görə də yalnız bu proqrama müraciət etdim. Onu da qeyd edim ki, ABŞ-dəki digər universitetlərə qəbul olmaq istəmirdim.

Mənim üçün təkcə maliyyə deyil, həm də davamlı inkişaf, ekologiya və sosial sahələr böyük önəm daşıyır. Bu proqramın ən cəlbedici xüsusiyyətlərindən biri də məhz maliyyə ilə bu sahələrin birləşdirildiyi dərslərin tədris olunmasıdır. Məhz buna görə seçimimi yalnız bu proqram üzərində cəmlədim.

Yeri gəlmişkən, İngiltərədəki bir neçə universitetə də müraciət etmişəm, lakin hələlik cavab almamışam.

- Nə üçün maliyyə ixitsası üzrə təhsilinizi davam etdirmək istədiniz?

- Düşünürəm ki, UNEC-də nə qədər keyfiyyətli təhsil sistemi olsa da, beynəlxalq arenada olmaq və özümü inkişaf etdirmək üçün bu ixtisas üzrə xaricdə təhsil almağım mütləqdir. Gənclərə də bunu tövsiyə edərdim. Çünki bir şəxs kimi inkişaf etmək üçün ən azı 1-2 il xaricdə yaşamaq, həmin mühiti görmək və ailədən uzaq qalaraq bir növ öz ayaqlarının üzərində durmaq olduqca vacibdir.

- Az əvvəl qeyd etdiniz ki, insanın özünü inkişaf etdirməsi üçün ailədən uzaq qalaraq tək yaşamağı bacarması vacibdir. Lakin bəzi insanlar üçün bu, asan olmaya bilər. Bəs sizin üçün necədir? Bu, ailənizdən uzaqda keçirdiyiniz ilk səfərdir?

- Bəli, bu, mənim ilk səfərimdir. İndiyə qədər heç vaxt başqa bir şəhər və ya rayonda belə yaşamamışam.

- Bəs bu səbəbin sizə çətinlik yaradacağını düşünürsünüzmü?

- Həm vətənim, həm də ailəm üçün darıxacağam. Lakin bu, bir növ “şirin darıxmaq” olacaq. Düşünürəm ki, çətinlik yaratsa belə üstəsindən gələ biləcəm. Həmçinin getdiyim şəhərdə azərbaycanlı insanlar var. Onların iştirak etdiyi müxtəlif tədbirlər olur. Məncə, tam da vətəndən ayrı qalmırsan.

- Valideynləriniz necə, bu uzaqlığa nə deyir?

- Əslində, xaricdə oxumaq mənim çoxdankı arzum idi. Hətta bakalavrı da xaricdə oxumaq istəyirdim. Lakin həmin vaxtlar imkanlar məhdud idi. Həm də valideynlərim çox da dəstək olmadılar. Sözün düzü, atam mənə bir şərt qoydu. Dedi ki, “bax qızım, xaricə getməyinə çox narahatam. Orada biz olmayacağıq, tamamilə başqa bir mühit var. Birdən başına bir iş gələr. Bu qədər riski gözə alırıqsa, ən azından TOP 5 universitetlərdən birinə qəbul olmalısan”.

Mənə ancaq o şərtlə icazə verə biləcəyini demişdi. Çox şükür ki, həm atam, həm də mən arzuma çatdım. Hətta universitetə müraciət etdiyim vaxtlarda da atam narahat idi. Lakin qəbul olduğumu eşidən zaman üzündəki sevinci görmək mənim üçün izahedilməz bir xoşbəxtlik oldu. Hər kəs çox sevindi.

Qızlara da tövsiyə edərdim ki, nəticə olduqdan sonra onun qarşısında durmaq mümkün olmur. Ona görə də insan arzularından imtina etməməlidir.

- Siz ailənin tək övladısınız?

- Xeyr. Məndən böyük iki qardaşım var. Lakin evin tək qızıyam.

- Nəzrin xanım, sizə görə xaricdə təhsillə bizim təhsil sistemi arasında nə kimi fərqlər var?

- Mən deyərdim ki, bizim əksər universitetlərimiz daha çox tədqiqat yönümlü deyil. Tədqiqat xarici universitetlərə nisbətdə azdır. Hazırda oxumaq üçün gedəcəyim universitetdə tədqiqatlar üçün çox yaxşı şərait var.

- Magistratura təhsilini bitirdikdən sonra vətənə dönməyi düşünürsünüz?

- Bəli, təhsilimi başa vurduqdan sonra vətənə dönməyi planlaşdırıram. Xüsusilə də maraq dairəm maliyyənin investisiya sahəsinə yönəlib. Əgər bu sahədə ölkəmizdə uyğun fürsətlər yaranarsa, böyük məmnuniyyətlə həmin imkanlardan yararlanmaq istəyərəm. Əsas məqsədim vətənimizə faydalı bir şəxs olmaqdır. Eyni zamanda, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm.

- Xaricdə oxumaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Həmişə istəmişəm ki, xaricdə təhsil almaq istəyən xüsusilə də qızlar üçün bir motivasiya mənbəyi olum. Xarici universitetlər ən çox namizədin məqsədlərinə və dünya görüşünə diqqət yetirirlər. Lakin ən vacibi odur ki, bu universitetlər dünyada müsbət dəyişikliklər etməyi qarşısına məqsəd qoyan, bunun üçün çalışan tələbələri qəbul edirlər. Ona görə də tövsiyəm budur ki, xaricdə təhsil almaq istəyən gənclər ilk növbədə öz qarşılarına aydın və konkret məqsədlər qoysunlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri