Icma.az
close
up
RU
Atamı həbs etdirmişdi, Lotu kimi yeriyirdi

Atamı həbs etdirmişdi, Lotu kimi yeriyirdi

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Lənkəranda 25 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 13-də rayonun kəndlərindən birində baş verib. 2001-ci il təvəllüdlü Fəqan həmin gün axşam saat 21 radələrində Lənkəran rayonunun kəndində yerləşən yaşadığı evin qarşısında olarkən əvvəllər aralarında münaqişələri olduğuna görə münasibət saxlamadığı həmkəndlisi Vahid (adlar şərtidir – red.) küçə ilə piyada yeriyərək onun qarşısından keçdiyi vaxt ona yeriş tərzinə iradını bildirib. 
Bununla əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruğu ilə Vahidin burun və sol göz nahiyələrinə zərbələr vurub. 
İş üzrə ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Lənkəran rayonunun kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır:
“Zərərçəkmiş Vahid mənim həmkəndlimdir. Vahid ilə təxminən 2-3 ildir ki, aramızda narazılıq var. 2 il bundan əvvəl Vahid atam Fərmanın mağazasına gəldi, aralarında mübahisə oldu. Vahid atamı təhqir etməyə başladı. Həmin vaxt aramızda münaqişə baş verdi. Vahid bizi polisə verdi və polisdə araşdırma aparıldı. Araşdırma nəticəsində atam 10 gün inzibati qaydada həbs edildi. Bu hadisədən sonra aramızda narazılıq yarandı və bir-birimizi danışdırmadıq”. 
Təqsirləndirilən şəxs deyib ki, iki ildən sonra, yəni 2025-ci ilin mayın 13-də, saat 21 radələrində Vahid həmkəndlisi Rufiz ilə birlikdə onun evinin qarşısından keçib:
“Bu zaman Vahid gözlərimin içinə baxaraq guya özünü göstərirmiş kimi, yəni əllərini aralayaraq “lotu”ymuş kimi yeridi. Vahid gözlərimin içinə tərs-tərs baxdı. Buna görə də Vahidə “bir az düzgün yeri” dedim. O, yenə də öz hərəkətlərinə davam etdi və bunu bir neçə dəfə təkrarlaydı. Buna görə də ona düzgün yeriməsini bildirdim. Bunu dedikdən sonra Vahid arxaya çevrilərək əxlaqsız ifadələrlə irad tutanın kim olduğunu söylədi, məni təhqir etdi. Vahid məni təhqir etdiyinə görə onun üstünə getdim. O, da mənim üzərimə hücum etdi. Bir-birimizlə dalaşmağa başladıq. Vahidlə əlbəyaxa olduq. Əlbəyaxa zamanı bir-birimizə yumruq və təpiklə zərbələri vurduq. Zərbələrim Vahidə dəymədi. Lakin sağ əlim ilə vurduğum bir yumruq zərbəsi onun sol göz nahiyəsinə dəydi”. 
Fəqanın sözlərinə görə, daha sonra atası Fərman qardaşı İlqar ilə birlikdə dərhal yanına gəlib və onları ayırmağa başlayıblar: “Atam məni, qardaşım İlqar isə Vahidi ayırmağa başladı. Bunun nəticəsində biz bir-birimizdən ayrıldıq. Atam Vahidi yola saldı ki, getsin. Vahidin burnundan qan axdı. Hadisə yerindən uzaqlaşdıq. Vahidin yanında olan Rufiz isə bizi ayırmağa köməklik etmədi. Vahidin göstərdikləri həqiqəti əks etdirmir. O, özü məni təhqir etdiyinə görə aramızda mübahisə yarandı və qarşılıqlı olaraq dalaşdıq. Atam və qardaşım bizi ayırdılar. Həmin vaxt qardaşım Vahidə heç bir xəsarət yetirməyib”. 
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5-ci hissəsinin 1-ci bəndinə əsasən xitam verilib. O, həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri