Icma.az
close
up
RU
“Atamı ölməyə qoymazdım”

“Atamı ölməyə qoymazdım”

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

“Atamı ölməyə qoymazdım”

“22.02.1987-ci ildə, elə bu cür qarlı, şaxtalı bir gündə dünyaya göz açmışam. Ağlım kəsəndə ölkəmizdə vəziyyət yaxşı deyildi. Müharibə, qaçqın və köçkün qohumlar, uzun-uzadı çörək növbələri balaca uşağı çox qorxudurdu”.

OLAY yazır ki, bu sözləri sosial media hesabında aktyor Elcan Rəsulov yazıb.

38 yaşı tamam olan Elcan bunları qeyd edib:

“O qədər gizlində ağlayan adamlar görmüşdüm ki, elə balaca vaxtından hamını güldürməyə çalışırdım. İstəyirdim heç kim ağlamasın, hamı gülsün. Onda mən də xoşbəxt olurdum. Sonra bir az da böyüdüm, artıq yavaş-yavaş hər şey düzəlməyə başlayırdı. İbtidai siniflərdə polis olmaq istəyirdim. Evdən də hüquq fakültəsinə daxil olmağımı hədəfləmişdilər. Ta ki 6-cı sinifdə oxuyanda “Xalq teatrı”na üzv seçilənə qədər. Seçilmək üçün xüsusi səhnəcik və parodiyalar hazırlamışdım. Beləcə bu yolum başladı. Arzularınızın və sevdiyiniz işin arxasınca həmişə gedin. Yəqin ki, uğur yalnız o yoldadır ki, sizin beyninizdən çıxmır.

Pis-yaxşı bu günə qədər gəlmişəm. Azad, xoşbəxt ölkənin vətəndaşıyam. Dünyanın bəlkə də yarısını gəzmişəm. Vətənimdə çox xoşbəxt oluram. Az-çox məni sevən xətrimi istəyən, sənətimi bəyənən adamlar var. Hamısının qarşısında baş əyirəm. Həmişə sıxılmaqdan boğulanda, məhz onları düşünəndə elə bil yeni nəfəs açılır. Yenidən doğulsaydım bu sənətimi seçərdim? Hə. Amma bəzi səhvlər etmişəm ki, etməzdim. Məsələn: Siqareti başlayan gün tərgidərdim. İçki heç bir dəfə də içməzdim. Haradasa 25 yaşına qədər evlənərdim. Magistratura oxuyub, hətta ikinci təhsili alardım. Paralel bir teatrda da işləyərdim. 87 kiloqram çəkimi həmişə saxlayardım. Atamı ölməyə qoymazdım. Heç olmasa 1-2 il artıq yaşaması üçün vuruşardım. Və daha nələr, nələr.... Öpürəm, sizi sevirəm. 38 yaşım uğurlu və köklü dəyişikliklər etmək üçün gəl”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://olay.az
archiveBu xəbər 22 Fevral 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri