Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atasını amansızlıqla öldürən Ayxanın məhkəməsi

Atasını amansızlıqla öldürən Ayxanın məhkəməsi

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bacısını və anasını döydüyü üçün atasını 7 bıçaq zərbəsi ilə qətlə yetirən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib. 

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib. 

Şahid Sevinc Vəlizadə bildirib ki, hadisə həyat yoldaşı İftixar Vəlizadə qızını məktəbə aparıb qayıdandan sonra baş verib:

"İftixar gedəndə dedi ki, "Dayanın siz, qayıdanda ikinizlə  - səninlə də, qızınla ciddi söhbətim olacaq". Qayıdıb gələndə  çox qəzəbli idi. Məndən çay istədi, sonra qızımı çağırmağımı istədi. Çağırsam da qızım ondan qorxub yaxına gəlmədi, gedib otağında gizləndi. İftixar qəzəblənib otağın qapısını çırparaq içəri girdi. Vazanı qızımın başına atanda, qızım zərbədən yayındı. Mən mane olmaq istəyəndə, məni itələyib taxta ilə qızın başından, çiyin və belindən vurmağa başladı. Mən taxtanı ondan aldım. Bundan sonra mətbəxdən götürdütü bıçağı qızın kürəyinə vurmaq istəyəndə, tez bıçaqdan yapışdım. Bıçaq barmağımı kəsdi, qan barmaqlarımdan süzülməyə başladı. Oğlum məni belə görəndə elə bildi ki, İftixar məni bıçaqlayıb. İftixar bir əli ilə qızımın saçından tutaraq artırdı. Oğlum Ayxan onun bıçaq tutan əlindən yapışdı. Əlbəyaxalaşmada necə oldu bilmədim, bir də gördüm İftixar bıçaqlanıb, onu qan aparır. O bu halda güclə həyətə çıxdı. Ayxan ona kömək etmək üçün ardınca gedəndə onu yerdə qan içində  yıxılmış vəziyyətdə  gördü. Oğlum elə oradaca "102" və "103" xidmətlərinə zəng elədi. Yoldaşım qızımı oğlan qrup yoldaşları ilə söhbət edən görmüşdü, ona görə də qızım onun gözündə pis övlad idi. İftixar zərərli maddələr qəbul edirdi. Ata-anasına qarşı da çox sərt və qəddar idi".

Məhkəmədə şahid qismində Ayxan Vəlizadənin bacısı ifadə verib:

"Qrup yoldaşlarımla metroya doğru gedirdim. Taksi xidmətində olan atam təsadüfən orada olarkən mənim oğlan qrup yoldaşlarımla  söhbətimi yanlış anladı. Əsəbi halda mənə əmr elədi ki, tez maşına əyləşim. Yol boyu durmadan pis sözlərlə məni təhqir edirdi. Gəldik evə. Atam anama "Bu da sənin tərbiyə etdiyin qız, onu oğlanlarla söhbət edəndə gördüm. İndi gedirəm, qayıdıb ikinizin də canını alacam". Atam qayıdanda əsəbi halda otağıma gəldi, məni əxlaqsız , pis söyüşlərlə söydü. Əlinə keçən vazanı mənə atanda, yastığı qabağa tutdum deyə mənə dəymədi. Bu onu daha da qəzəbləndirdi. Saçımdan yapışıb sürüməyə başlayanda, o biri əlində tutduğu taxta ilə bədənimin müxtəlif yerlərinə vurmağa başladı. Anam güclə taxtanı onu əlindən aldı. Atam sonra gedib gətirdiyi bıçaqla belimdən vurmaq istəyəndə, anam özünü qabağa verib bıçaqdan tutdu. Bu zaman anamın əli kəsildi, əlini qan aparmağa başladı. Bunu görən Ayxan elə bildi ki, atam anamı bıçaqlayıb. Müdaxilə etmək istəyəndə bu bədbəxt hadisə baş verdi. Qardaşımın atamı öldürmək niyyəti yox idi, o  sadədə bizi müdafiə etmək istəmişdi. Atamın pis vərdişləri var idi. O, narkotik vasitələrdən istifadə edirdi eyni zamanda içki içirdi". 

Məhkəmənin növbəti iclası avqustun 12-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.

İttiham aktında göstərilib ki, həmin gün saat 21 radələrində Ayxanın atası, 1981-ci il təvəllüdlü İftixar Vəlizadə qızı Ləmanı dərsdən qayıdarkən yolda bir oğlanla gördüyünü bəhanə edərək döyüb, hətta evin mətbəxindən bıçaq götürərək ona xəsarət yetirmək istəyib. Anası Sevinc Vəlizadə buna mane olmaq istəyəndə atası ona da xəsarət yetirir. Ayxan atasının bacısına və anasına yetirdiyi xəsarətlərin görüb onun bu  əməllərinin qarşısını almağa çalışır. Və o, atası əlbəyaxa olur və bıçağı onun əlindən alaraq zərərsizləşdirir. 

İstintaqla müəyyən edilib ki, buna baxmayaraq, Ayxan atası İftixar Vəlizadənin bu qanunsuz və aqressiv hərəkətlərini davam etdirməsindən hiddətlənərək ondan qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib. 

O, həmin bıçaqla atasının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə, 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib. 

Bununla da, Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyun 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri