Atasının avtomobilini qaçıran məktəbli ağır qəza törətdi: 3 ölü, 2 yaralı FOTO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Atasının avtomobilini icazəsiz götürən yeniyetmə ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Belqorod bölgəsində baş verib.
Məlumata görə, 15 yaşlı yeniyetmə atasına məxsus “Nissan” markalı avtomobili icazəsiz götürərək məktəbli dostlarını maşınla gəzməyə çıxarıb. Bir müddət sonra o, yolda idarəetməni itirərək avtomobili əvvəlcə ağaca, daha sonra isə hasara çırpıb.
Qəza nəticəsində 12, 15 və 16 yaşlı uşaqlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, daha iki nəfər isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Namiq Musayev




