Icma.az
close
up
RU
Atasının ölümündə təqsirləndirilən oğul onun meyitinin ekshumasiyasını istədi

Atasının ölümündə təqsirləndirilən oğul onun meyitinin ekshumasiyasını istədi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Aldığı xəsarətlərdən xəstəxanada ölən atasının döyülməsində təqsirləndirilən Emin Rəhimovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Nanazovun sədrliyi ilə keçirililən iclasda məhkəmə istintaqının yekunlaşması elan olunduqdan sonra təqsirləndirilən şəxsin vəkili tərəfindən məhkəməyə vəsatətlər təqdim edilib.

Bununla yanaşı, təqsirləndirilən şəxs özü də məhkəməyə vəsatət təqdim edərək xəsarətlərdən xəstəxanada ölən atasının meyitinin ekshumasiya edilərək (meyitin qəbirdən çıxarılması - red.) yenidən ekspertiza keçirilməsini istəyib.

Məhkəmə isə öz növbəsində bu hərəkəti keçirmək üçün hər hansı bir əsasın olmamasına görə vəsatəti təmin etməyib.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonunun ərazisində baş verib.

Aprelin 14-də 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi açılaraq istintaq başladılıb.

İstintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimovun martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işinə əlavə edilən ekspertiza rəylərindən məlum olub ki, mərhumun bədəninin müxtəlif nahiyələrində qançır izləri müşahidə edilməklə döyülməyə xarakterik xəsarətlər müəyyən edilib. Onun ölümünə əsas səbəb isə kəllə-beyin travması olub.

Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Elgün Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyun 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see220

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see214

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see130

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see129

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri