Icma.az
close
up
RU
Jurnalistlərin rəqəmsal savadlılığı artırılır

Jurnalistlərin rəqəmsal savadlılığı artırılır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində media nümayəndələri üçün növbəti maarifləndirici infosessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyalar jurnalistlərin rəqəmsal savadlılığının artırılması, agentliyin fəaliyyəti və ölkədə rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihə və təşəbbüslər barədə məlumatlılığın gücləndirilməsi, eləcə də, media ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Media nümayəndələri ilə keçirilən görüşdə 30-dan çox media qurumu təmsil olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov insan kapitalının inkişafının ölkənin rəqəmsal transformasiya gündəliyində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, bu istiqamətdə qəbul edilmiş strateji sənədlər, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi layihələr və beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində yaradılan imkanlar barədə məlumat verib.

Görüşdə agentliyin Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova tərəfindən rəqəmsal savadlılıq, məlumat təhlükəsizliyi, İKT sahəsində kadr potensialının inkişafı və dövlətin bu istiqamətdə həyata keçirdiyi strategiya barədə təqdimat keçirilib. Həmçinin Agentliyin təlim proqramları, universitetlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər, mütəxəssislərin yerli və beynəlxalq əmək bazarına inteqrasiyası, eləcə də ölkənin beynəlxalq rəqəmsal inkişaf reytinqlərində mövqeyinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Bununla yanaşı, tədbirdə “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində dövlət qurumlarının təlim ehtiyaclarının müəyyənləşdirilməsi, Milli Rəqəmsal Səriştə Çərçivəsinin hazırlanması və əhalinin rəqəmsal savadlılığının qiymətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Eyni zamanda, media nümayəndələri, dövlət rəsmiləri, parlament əməkdaşları və ictimai sektor təmsilçiləri üçün rəqəmsal bacarıqlar, süni intellekt və kibertəhlükəsizlik üzrə təşkil olunan təlimlərdən bəhs edilib.

Görüşün sonunda jurnalistlərin sualları cavablandırılıb və iştirakçılar arasında qısa müsabiqə keçirilib. Rəqəmsal inkişaf sahəsində görülən işlər barədə məlumatlılığın artırılması və media ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə bu formatda görüşlərin mütəmadi təşkili planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri