Atasının qətlini sifariş vermişdi: Ağır cəza aldı
Icma.az bildirir, News24 portalına istinadən.
Atasının qətlini sifariş verməkdə təqsirləndirilən Fəqan Fərəcov, onunla birgə mühakimə olunan, tanışları İlkin Hüseynov və Fariz İsmayılovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
News24.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Fəqan Fərəcov 8 il, İlkin Hüseynov 8 il, Fariz İsmayılov isə 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə ittiham edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Avqust 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















