Atasız qızların alnından öpürəm və qəlbinizə dəymişəmsə, üzr istəyirəm” Qalmaqal yaradan aparıcı üzr istədi
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Oğluma atası olmayan qızı almaram" deyən "Kanal S"in aparıcısı Nigar Fərhad üzr istəyib.
O, bu barədə “Instagram” hesabında video paylaşıb:
“Buradan qızlarıma səslənirəm. Bilirəm ki, atasız qızların xətrinə dəymişəm. Bununla bağlı da hər gün açıqlama verirəm. Özüm atasızam və demək istədiyim də bu, deyildi. Atasız qızların alnından öpürəm və qəlbinizə dəymişəmsə, üzr istəyirəm”.
Aparıcı qeyd edib ki, atasızlıq ən kövrək hissləridir və daim atasız qızlara dəstək olmağa çalışır: “Qəlbinizi qırmışamsa, 30 nəfər atasız qızı işlə təmin edəcəyəm. Onları bacardığım qədər professional pilləyə çatdıracağam. İstəyirəm 30 nəfər atasız qız mənimlə çalışsın”.
Qeyd edək ki, Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub.
Bu gün isə Audiovizual Şura “Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib. Həmçinin, Nigar Fərhadın “Kanal S”də yayımlanan “Sözün bitdiyi an” verilişinin yayımı sabahdan dayandırılacaq.
Baxış sayı:80
Bu xəbər 02 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















