Atatürkün Nutuk u 8 xarici dildə nəşr olundu
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mustafa Kamal Atatürkün İstiqlal müharibəsi və Cümhuriyyətin qurulma prosesindən bəhs edən "Nutuk" əsərini 8 xarici dildə xüsusi nəşrlərlə oxuculara təqdim edib.
Kulis.az xəbər verir ki, layihə çərçivəsində əsər eyni zamanda görmə və eşitmə qabilliyəti məhdud olan şəxslər üçün "Braill" əlifbası, səsli yazılar və jest dili formatında əlçatan edilib.
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən təqdim olunan layihəyə əsasən, əsər ingilis, alman, fransız, qazax, rus, urdu, fars və türkmən dillərində çap olunub.
Bundan əlavə, istifadəyə verilən platforma vasitəsilə əsərin orijinal və müasir türk dilindəki mətnləri, interaktiv xəritələr və arxiv sənədləri rəqəmsal mühitə köçürülüb.
Qeyd edək ki, layihənin "Nutuk"un oxunmasının 100-cü ildönümü olan 2027-ci ildə də konfranslar, mobil tətbiq və metavers sərgiləri ilə davam etdirilməsi planlaşdırılır.
"Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır..." - Ziqmund Freyddən sitatlar Kamal Abdullanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olundu Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 20 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















