Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Selanik Atatürkün doğma şəhəri

Selanik Atatürkün doğma şəhəri

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkə istifadəçisi, tibb elmləri doktoru Yazgül Abdıyevanın bu günlərdə özünün “Facebook” səhifəsində Yunanıstanın məşhur Saloniki (türklər Selanik adlandırırlar) şəhərinin tarixi və müasir həyatı ilə bağlı qeydlərini təqdim edib. Paylaşımı oxucuların nəzərinə çatdırırıq.

– Yunanıstanın ikinci böyük şəhəri Selanikin əsası eradan əvvəl 315-ci ildə məşhur Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. Hökmdarın əmri ilə Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsi birləşdirilərək ərazidə yeni şəhər salınıb. Kassandr bu gözəl yeni məkana  sevimli həyat yoldaşı, Makedoniyalı İskəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.

Məlumdur ki, Selanik 1430-cu ildə sultan II Murad tərəfindən fəth edilib. XV əsrdə şəhərə Anadoludan gətirilən çox sayda türk ailələri məskunlaşdırılıb. 1492-ci ildə İspaniyadan qovulan Sefard yəhudilərini qəbul edən Osmanlı sultanı bir hissəsinin Selanikdə yerləşməsinə izn verib. 

Şəhər 500 ilə yaxın müddətdə Osmanlının himayəsi altında xristian, yəhudi və müsəlman icmalarının birlikdə yaşadığı əhəmiyyətli bir mədəni və iqtisadi mərkəz halına gəlib.

Bizim üçün ən əhəmiyyətlisi odur ki, Selanik şəhəri böyük lider Mustafa Kamal Atatürkün doğulduğu və uşaqlıq illərini keçirdiyi yerdir. Bu şəhərdə yerləşən Atatürk ev-muzeyi bu dahi siyasətçinin həyatına, şəxsiyyətinə və türk xalqının müasir tarixindəki roluna işıq tutan önəmli mədəniyyət məkanıdır.

Qeyd etmək lazımdır ki, muzey Atatürkün anadan olduğu XIX əsrin sonlarına aid olan evdə yerləşir və orada dahi sərkərdə və siyasətçinin uşaqlıq illəri, təhsili və gənclik dövrünə aid çox sayda eksponat nümayiş olunur. Həmçinin, Atatürkün Türkiyənin müstəqilliyi və inkişafı uğrunda apardığı mücadiləni  əks etdirən sənədlər və şəxsi əşyalar da sərgilənir.

Təəssüf ki, ziyarətimiz zamanı sözügedən ev-muzeyi burada aparılan bərpa işləri ilə bağlı qapalı idi və içəri daxil olmaq mümkün olmadı. Bu tarixi məkan, uzun müddətdir ən çox görmək istədiyim yerlərdən biridir və gələcəkdə şəhəri yenidən ziyarət etmək niyyətindəyəm.

Belə bir məqamı qeyd etməyi özümə borc bilirəm ki, Mustafa Kamal Atatürk, yalnız Türkiyə üçün deyil, ümumilikdə XX əsr dünya tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. O, qardaş Türkiyəni müasir, demokratik dövlətə çevirmiş dahidir. Bu, birmənalı belədir! Şəxsən mən bundan sonsuz qürur duyuram! Atatürkün ideya və idealları bu gün də milyonlarla insan üçün ilham mənbəyidir.

Yazgül xanım paylaşımında sonra bunları qeyd edib: 

– Məlumdur ki, Selanik Birinci Dünya müharibəsindən sonra Yunanıstanın nəzarətinə keçdi. 1924-cü ildə Yunanıstanla Türkiyə arasında aparılan əhali mübadiləsi nəticəsində şəhərdə qalan türklər Türkiyəyə köç etmək məcburiyyətində qaldılar və Anadoludan gələn yunan mühacirlər isə onların yerini tutdular. Təəssüf ki, qısa müddət ərzində şəhərin əhali tərkibi yunanların xeyrinə dəyişdi. 

Böyük Mustafa Kamal Atatürk nitqlərinin birində “Kaş ki, Selaniki də milli sərhədlərimiz içərisinə ala biləydik”, – deyərək şəhərin türklər üçün xüsusi əhəmiyyətini vurğulamışdır.

Sonda qeyd edək ki, Selanik 1997-ci ildə Avropanın mədəniyyət paytaxtı seçilmişdir.

Təqdim etdi:
Zərifə HÜSEYNOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri