Icma.az
close
up
RU
Atatürkün ruhu “Şərq”də canlandı FOTO

Atatürkün ruhu “Şərq”də canlandı FOTO

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Türk ocaqlılar Bakı ilə Polatlı arasında qardaşlıq körpüsü qurdu


Türkiyənin Polatlı rayonunun Türk Ocaqları başqanı İnanc Ölmez, Ocağın İdarə Heyətinin üzvü Rüstem Erdem, təşkilatın digər təmsilçiləri, qurumun könüllüləri "Şərq" qəzetini, o cümlədən redaksiya nəzdində fəaliyyət göstərən Azərbaycan Türk Ocağını ziyarət ediblər. Qonaqları məmnunluqla qarşılayan "Şərq"in baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı ilk növbədə 1996-cı ilin noyabr ayından nəşr olunan gündəlik ictimai-siyasi qəzetin tarixi, fəaliyyəti barədə ziyarətçilərə məlumat verib. 




Eyni zamanda Azərbaycan Türk Ocaqlarının təsis edilməsindən, fəaliyyət istiqamətlərindən, qısa zamanda gördüyü çoxsaylı işlərdən danışıb: "Azərbaycan Türk Ocağı 1918-ci ildə, Bakı işğaldan azad edildikdən sonra bir qrup ziyalının müraciəti əsasında yaradılıb. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Türk Ocağını yenidən təsis etdik. Çoxsaylı önəmli elmi konfranslar, tədbirlər təşkil etmişik. Fəaliyyətimizi davam etdiririk". 




 

Polatlı Türk Ocaqlarının rəhbəri İnanc Ölmez 3 ildir quruma başqanlıq etdiyini, bununla yanaşı Polatlı Ticarət Palatasının baş katibi kimi çalışdığını deyib. Türkiyəli qonaq Bakıda Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini və başqa yerləri ziyarət edəcəklərini bildirib. Polatlı İdarə Heyətinin üzvü Rüstem Erdem isə 2022-ci ildən etibarən təşkilatın idarəetməsində çalışdığını söyləyib. Ziyarəçilər Ocağın Mustafa Kamal Atatürkə həsr olunmuş nəşrinin avqust sayını və Atatürkün kiçik heykəlini "Şərq"ə hədiyyə ediblər. Akif Aşırlı da öz növbəsində qonaqlara müəllifi olduğu kitabları və digər hədiyyələri təqdim edib. Ziyarətçilər Türk Ocaqlarına dair tarixi sənədlərlə və Mətbuat Muzeyi nəzdindəki Nuru Paşa odası ilə də tanış olublar. Söhbət əsnasında Azərbaycan-Türkiyə münasibətləri də müzakirə mövzusu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri