Icma.az
close
up
RU
“Atəşgah Sığorta”da KASKO qalmaqalı

“Atəşgah Sığorta”da KASKO qalmaqalı

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda fəaliyyət göstərən aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah Sığorta” ASC və “Atəşgah Həyat Sığorta” ASC-nin xidmətindən narazı qalan vətəndaşın sosial şəbəkədəki etirazı böyük diqqət çəkib. KASKO sığorta növü üzrə ödəniş prosesində qarşılaşdığı bürokratik əngəllərdən və iddia olunan qeyri-peşəkar yanaşmadan bezən vətəndaş digər sürücüləri bu şirkətlə işləməməyə çağırıb.

AzPost.info xəbər verir ki, bu barədə Bilal Nəbiyev adlı sığortaolunan sosial şəbəkədə ətraflı şikayət mətni paylaşıb.

Gecikən qiymətləndirmə və qəfildən kəsilən 200 manat

Şikayətçi qeyd edir ki, aprel ayında baş vermiş iki fərqli avtomobil qəzası ilə bağlı müraciət etsə də, şirkət prosesi həddindən artıq uzadıb:

“17 aprel və 28 aprel tarixlərində baş vermiş avtomobil hadisələri ilə bağlı müraciət etməyimə baxmayaraq, ilkin qiymətləndirmə və təklif yalnız 1 iyun tarixində təqdim edilmişdir. Təklif olunan məbləğlə razılaşdıqdan sonra müvafiq sənədi imzaladım. Lakin bundan bir gün sonra mənə yeni sənəd təqdim edildi və həmin sənəddə əvvəlki məbləğdən 200 AZN az ödəniş nəzərdə tutuldu”.

B.Nəbiyevin sözlərinə görə, şirkət rəsmiləri bu fərqi qəza zamanı qarşı tərəfin avtomobili müəyyən edilmədiyi üçün franşiza (azadolma məbləği) tətbiq edilməsi ilə əsaslandırıblar. Sığortaolunan isə haqlı olaraq prosesin gedişatına qarşı bir neçə ciddi sual qaldırır:

“Əgər qarşı tərəfin müəyyən edilməsi və tapılması vətəndaşın üzərinə düşürsə, bu zaman KASKO sığortasının üstünlüyü və funksiyası nədən ibarətdir? Əgər azadolma tətbiq ediləcəyi əvvəlcədən məlum idisə, nə üçün ilkin qiymətləndirmə sənədində və mənimlə aparılan danışıqlarda bu barədə məlumat verilməmişdir? Müştəri imzaladığı sənəddən sonra niyə daha aşağı məbləğə məcbur edilir?”

“İstəsəniz Mərkəzi Banka şikayət edə bilərsiniz”

Şikayətçi həmçinin şirkət əməkdaşlarının peşəkar etika qaydalarını pozduğunu və müştəriyə qarşı laqeyd münasibət bəslədiyini iddia edir:

“Əməkdaşlarınız tərəfindən ‘bizim əlimizdə sizin razılıq ərizəniz var, istəsəniz Mərkəzi Banka şikayət edə bilərsiniz’ ifadəsinin işlədilməsi müştəri məmnuniyyəti və peşəkar xidmət prinsipləri ilə nə dərəcədə uyğun gəlir? Mənim imzaladığım ilk razılıq ərizəsində yekun ödəniş məbləğindən 200 AZN azadolmanın tətbiq olunacağı niyə açıq şəkildə qeyd edilməmişdir?”

Vətəndaş bütün danışıq prosesinin video və ekran görüntülərini qeydə aldığını bildirərək, sürücülərə gələcəkdə bənzər problemlərlə qarşılaşmamaq üçün digər sığorta şirkətlərinə müraciət etməyi məsləhət görüb.

“Atəşgah Sığorta”dan cavab: “Müqavilənin 4 şərti eyni vaxtda yerinə yetirilməlidir”

Məsələ ilə bağlı “Atəşgah Sığorta” rəsmi açıqlama yayaraq hadisənin sığorta müqaviləsinin şərtlərinə uyğun araşdırıldığını bildirib. Şirkətdən verilən məlumata görə, KASKO müqavilələrində franşizanın (azadolmanın) tətbiq edilməməsi üçün eyni anda 4 mütləq şərt yerinə yetirilməlidir:

Hadisədə sığortalı şəxs zərərçəkmiş tərəf olduqda;

Qəzada təqsirli bilinən zərərvuran şəxsin icbari sığortası (YSHMSİS) qüvvədə olduqda;

Hadisə ikidən çox olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;

Avtomobilə dəymiş zərər 5 000.00 manatdan çox olmadıqda.

Şirkətin açıqlamasında vurğulanır ki, sözügedən hadisədə 2-ci bənd (yəni təqsirkar tərəfin müəyyən edilməsi və onun icbari sığorta müqaviləsinin olması) tam təmin edilmədiyi üçün hər iki hadisə üzrə 200 AZN məbləğində franşiza tətbiq olunub:

“Hadisə zamanı zərərvuran şəxsin müəyyən edilməsi və məsuliyyətinin təsdiqlənməsi müvafiq hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə daxildir. Sığorta müqaviləsi yalnız sığorta risklərini və ödəniş şərtlərini əhatə edir. Sözügedən sığorta müqaviləsini əldə edərkən müştərinin bütün şərtlərlə tanış olmaq imkanı olub və o, imzası ilə bunu təsdiqləyib. Bizim məqsədimiz müqavilə şərtlərinin düzgün tətbiq olunmasını təmin etməkdir”.

Sığorta ekspertləri qeyd edirlər ki, şirkətin hüquqi baxımdan müqavilə bəndlərinə əsaslanması qanunidir, lakin müştəriyə ilkin mərhələdə fərqli məbləğ təklif edib, sənəd imzalatdıqdan sonra məbləği azaltmaq sığorta bazarında şəffaflıq və etibar prinsiplərinə ciddi zərbə vurur. Vətəndaşın Mərkəzi Banka yönləndirilməsi forması isə müştəri yönümlü biznes strategiyasına ziddir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 İyun 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see240

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri