Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib
Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təlimlərdə N.Cömərt oksigenlə qızdırdığı şüşəyə üfürmə üsulu ilə forma verərək müxtəlif sənət əsərləri, suvenirlər yaradıb. Ustad dərsləri müddətində o, öz əsərlərinin hazırlanma prosesini əyani şəkildə göstərib, 16 nəfər təlim iştirakçısına 1 həftə ərzində qədim və incə şüşə sənətinin sirlərini öyrədib.
Təlimlərin yekunu olaraq, noyabrın 21-də “Nine Senses” Yaradıcılıq və İncəsənət Mərkəzində tədbir keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli çıxış edərək, qeyri-maddi mədəni irs daşıyıcısı N.Cömərtin şüşə sənətçisi kimi fəaliyyətindən söhbət açıb. Bildirib ki, N.Cömərt dünyanın 80-dən çox ölkəsində keçirilən sərgilərdə və tədbirlərdə öz sənətini nümayiş etdirib.
Qeyd olunub ki, Bakıda təşkil edilən ustad dərslərində N.Cömərt təlimçilərlə birlikdə şüşədən “çeşm-i bülbül”, göz yaşı şüşəsi, ətir şüşəsi, göz muncuğu, şamdan, şüşə boyunbağı, üzük, balerina, miniatür Mövlana, həmçinin müxtəlif heyvan fiqurları hazırlayıb, bu sənətin incəliklərini yeniyetmə və gənclərə, sənətkarlara öyrədib.
Şüşə sənətçisi N.Cömərt təlimlərdə gənclərin xüsusi maraq və fəallıq nümayiş etdirdiyini diqqətə çatdırıb. Əminliklə vurğulayıb ki, şüşə sənəti Azərbaycanda yaşayacaq və inkişaf edəcək.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sənətkarlıq ənənələrinin yaşadılması və inkişafı üçün faydalı olan “Şüşə sənəti” təlimlərinin yüksək səviyyədə təşkilində, həmçinin bu sənətin sirlərinin sənətkarlara və gənclərə öyrədilməsində göstərdiyi təşəbbüskarlığa, fədakarlığa görə N.Cömərti Təşəkkürnamə ilə təltif edib.
Sonra ustad dərslərində aktiv iştirak edən yeniyetmə və gənclərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? VİDEO
18 Sentyabr 2026 22:10
Şüşə > Şüşa > Şiişe
29 Aprel 2025 10:36
Şüşə pipetlər təhlükəlidir
17 Yanvar 2026 17:44
Bakıda qənnadı və çörəkçilik sənəti üzrə birinci beynəlxalq çempionat keçirilib VİDEO
30 İyul 2025 23:36
Aqroturizm üzrə təlimlər keçirilib
18 Noyabr 2025 10:28
Baxış sayı:110
Bu xəbər 24 Noyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















