Atəşkəs qərarı İsraildə narazılığa səbəb olub Netanyahuya qarşı narazılıqlar başlayıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ ilə İran arasında razılaşdırılan 15 günlük atəşkəs qərarı İsraildə siyasi müzakirələrə səbəb olub.
İsrail dövlət televiziyası "KAN"-ın məlumatına görə, adı açıqlanmayan israilli rəsmi ABŞ və İran arasında əldə olunan atəşkəs qərarının onlar üçün gözlənilməz olduğunu deyib.
“Hadisələrin artıq yekunlaşdığı düşünülən anda yeni məlumatlar əldə etdik və bu qərar bizi təəccübləndirdi”, - deyə rəsmi bildirib.
Buna baxmayaraq İsrailin atəşkəsə sadiq qalacağı vurğulanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə ilk açıqlamasında atəşkəsi dəstəklədiklərini bildirsə də, bu razılaşmanın Livanı əhatə etmədiyini qeyd edib.
Digər tərəfdən, müxalifət lideri Yair Lapid isə hökuməti sərt tənqid edərək bildirib:"Ölkə tarixində belə siyasi uğursuzluq yaşanmayıb. Milli təhlükəsizliklə bağlı əsas qərarlar qəbul edilərkən İsrail danışıqlar masasında belə yer almayıb".
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 08 Aprel 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















