Icma.az
close
up
RU
Atəşkəsin pozulmasının pərdəarxası: yeni eskalasiya riskləri

Atəşkəsin pozulmasının pərdəarxası: yeni eskalasiya riskləri

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini intensiv şəkildə atəşə tutur. Bir müddət öncə Ermənistanın sülh müqaviləsini imzalamağa razılıq verdiyi məlumatları yayılmışdı. Bunun ardından Ermənistanın hücumlarını intensivləşdirməsi əslində onların Azərbaycanla heç də sülh müqaviləsi imzalamaqda maraqlı olmadıqlarını göstərir.
Ermənistanın atəşkəsi pozmaqda məqsədi nədir?
Millət vəkilləri, politoloqlar bu mövzu ətrafında fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.

“Paşinyan və onun komandası yarımçıq fəaliyyət göstərməkdədir”

Milli Məclisin deputatı Vüqar İskəndərov Ermənistan yarandığı dövrdən bu günə kimi üzərinə qoyulan tapşırıqları icra etməkdə olduğunu deyib: “Yəni bölgədə destruktiv hərəkətlər, Azərbaycan və Türkiyənin yaxınlaşmasına mane olmaq, bufer zonada yerləşərək bu missiyanı yerinə yetirmək, torpaqlara iddialı olmaq və s. Bütün bunlar 100 ildən artıqdır davam edir. Lakin müstəqil Azərbaycan və onun qurucusu Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ordu quruculuğu, iqtisadi inkişaf və təbii olaraq cənab Prezident İlham Əliyevin bu siyasəti keyfiyyətcə yeni formada uğurla davam etdirməsi ölkəmizi dünyanın ən güclü və sürətlə inkişaf edən dövlətlərindən birinə çevirməkdədir. Bizim 2020-ci ildə qazandığımız möhtəşəm qələbə, 2023-cü ildə heç bir gün çəkməmiş keçirilən antiterror əməliyyatı suverenliyimizin tam bərpa olunması ilə yekunlaşdı və Azərbaycan tarixində ən böyük şanlı, möhtəşəm qələbəsini qazanmış oldu”.
Deputat diqqətə çatdırıb ki, artıq 5 ilə yaxındır ki, biz postmüharibə dövründə yaşasaq və qalib olsaq, Ermənistana sülh əlimizi uzatsaq da, Ermənistan bu və ya digər formada bundan yayınmaqdadır: “Sözdə bəyanatlarda sülhdən danışan Paşinyan və onun komandası təəssüflər olsun ki, sülh müqaviləsinin şərtlərindən irəli gələn məsələlərdə hələ də yarımçıq fəaliyyət göstərməkdədir. Minsk qrupunun qarşılıqlı şəkildə ləğv edilməsi və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının ləğv edilməsinə Ermənistan dəfələrlə razı olduğunu bildirsə də, konkret əməli fəaliyyəti yoxdur. Paralel olaraq Ermənistan ərazisini digər ölkələrin plasdarmına çevirir. Hazırda Gümrüdə Rusiyanın 102-ci hərbi bazası, Müdafiə Nazirliyində Fransanın yüksək çinli zabitləri, Pentaqonun əməkdaşları var. Həmçinin dünyada ABŞ-nin ən böyük səfirliyi Ermənistanda yerləşir. Yəni balaca bir ölkə olan Ermənistanda ABŞ səfirliyinin minlərlə əməkdaşının olmasına nə lüzum var?”.

“Onlar məqsədlərinə çatmayacaq”

V.İskəndərovun sözlərinə görə, hazırda ölkədə üçüncü qarışıq qüvvə isə Avropa İttifaqının missiyasıdır: “Onlar binokl diplomatiyası adını uğurla haqq ediblər. Bu təxribatçı qrup da Ermənistan ərazisində yerləşməklə az qala hərbi birlik kimi fəaliyyət göstərir. Keçmiş hərbçilər, təhlükəsizlik xidməti əməkdaşları olaraq təxribatçı faəliyyətlə Ermənistan ərazisində bu gün mütəmadi olaraq şərti sərhəddə Azərbaycanı binoklla müşahidə edirlər. Belə bir ölkədə təbii ki, hər hansı bir müstəqillikdən danışmaq mümkün deyil”.

“Azərbaycan öz inkişaf yolundadır”

O həmçinin bildirib ki, sülh müqaviləsini uzatmaqla, Avropa İttifaqı missiyasının fəaliyyətini legallaşdırmağa cəhd etməklə Ermənistan ara-sıra təxribatlar törədir, atəşkəsi pozur: “Burada birinci məsələ Avropa İttifaqı missiyasının donos yazanları atəşkəsin pozulmasını Azərbaycan tərəfinin üstünə yıxmağa cəhd edərək, özlərinin Avropadakı rəhbərlərinə yalançı, təxribatçı məlumatlar göndərirlər. Yəni onların orada qalmasına zəmin yaratmağa çalışırlar. Digər tərəfdən Azərbaycanı təxribatlara çəkməklə iki ölkənin hələ də sülhə hazır olmadığını göstərməyə cəhd edirlər. Həmçinin iki ölkənin masaya oturaraq, digər qüvvələr olmadan bir neçə uğurlu məsələlərdə əməkdaşlıq etdiklərini görərək buna əngəl törətməkdədirlər. Məqsəd budur. Təbii ki, məqsədlərinə çatmayacaqlar. Azərbaycan öz inkişaf yolundadır”.

“Ermənistan öz ritorikalarını kəskin şəkildə artırıb”

Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, Ermənistanın son zamanlar şərti sərhəd zolağında Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, eyni zamanda, Avropa İttifaqı missiyasının çiyinləri arxasında gizlənərək təxribatlar törətməsi Ermənistanın yeni bir eskalasiyaya hazırlaşdığını göstərir: “Həmçinin bu proses Ermənistanın aldığı öldürücü hücum silahları fonunda davam edirsə, bu, çox böyük bir həyəcan təbili olmalıdır. Nəzərə alsaq ki, Ermənistan rəsmiləri də öz hərbi ritorikalarını kəskin şəkildə artırıblar. Onlar Azərbaycanla sülh müqaviləsi prosesində guya ölkəmizin Ermənistana qarşı yeni iddialar irəli sürdüyünü bəhanə gətirirlər. Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi, Ermənistanın Azərbaycanla beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan əl çəkməsi və digər məsələlərdə guya ölkəmizin yeni elementlər irəli sürdüyünü bildirirlər. Bu, çox təəccüblüdür. Çünki Azərbaycan, ümumiyyətlə, heç bir yeni element irəli sürməyib. Əvvəlcədən biz, Ermənistana sülh müqaviləsinin layihəsini təklif etmişik və sülh müqaviləsinin layihəsində də hər şey gün kimi aydın olub ki, biz Ermənistanla hansı şərtlərdə sülh müqaviləsi imzalaya bilərik. Bunu da Ermənistan əvvəlcədən bilib. O cümlədən Ermənistan Konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları geri götürməlidir. Yox, əgər Ermənistan gözləyirsə ki, bizə qarşı əsas qanununda ərazi iddiasını saxlayacaq və Azərbaycanla sülhdən danışmağa cürəti çatacaq, bu, doğru yanaşma deyil. Hesab edirəm ki, Ermənistan həmişə sülh prosesində var-gəl, manevr edən tərəfdir və həmişə manevr imkanları bitən kimi belə adımlar atır. Son çıxış nöqtəsi kimi atəşkəsi pozmaq, Azərbaycan tərəfini atəşə tutmaqda görür”.

“Binoklla bizi təxribata çəkirlər”

Deputat burada Ermənistanın havadarı Fransa ilə də əlbir olaraq Fransanın bir növ göstərişi, tapşırığı ilə şərti sərhəd zolağında eskalasiyaya getməsi elementini də nəzərdən keçirmək lazım olduğunu deyib: “Çünki Avropa İttifaqı missiyası hər gün binokl diplomatiyasını davam etdirir, Azərbaycan mövqelərinə yaxınlaşırlar, binoklla bizi təxribata çəkirlər. Onlar bunu qəsdən edirlər ki, Azərbaycan tərəfini təxribata çəkərək günahlandırsınlar və Ermənistanı qurban rolunda təqdim etsinlər. Bunlar hamısı ikiüzlü, riyakar Avropa İttifaqının sülh missiyası və Ermənistan tərəfindən hazırlanmış təxribat planıdır. Təbii ki, bu, sülh prosesinə dalana aparır, heç bir perspektiv vəd etmir. Yenə də top Ermənistanın meydançasındadır. Biz bütün təkliflərimizi vermişik, sülh müqaviləsindəki elementləri təqdim etmişik. Əgər Ermənistan sülh istəyirsə, buyursun”.

“Ermənistan kifayət qədər zəif bənddir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Ermənistanla Azərbaycan arasında əldə olunan nəticə heç kimin, heç bir tərəfin deyil, Azərbaycanın və birbaşa cənab Prezident İlham Əliyevin siyasi baxışının və bundan irəli gələn addımların nəticəsidir: “44 günlük müharibənin olmaması mümkün deyildi. Azərbaycan gec-tez öz torpaqlarını alacaqdı. Dövlət başçısı bunu ən yüksək səslə bütün tribunalardan bildirir, daxili və xarici siyasətinin konturlarını da məhz bu hədəfə görə uyğunlaşdırırdı. Bu kontekstdə mümkün olan yeganə şey müharibənin gününün az olması idi ki, sentyabrın antiterror əməliyyatları bunun əyani sübutudur. Yəni, Ermənistan anlamalıdır ki, dirəniş göstərməsi məqsədə müvafiq gördüyü öz nəticəsinə təsir belə göstərməyəcək. İndi tutaq ki, Ermənistan sülhə mane olur, ya nəqliyyat və kommunikasiyaların açılmasını əngəlləyir. Bu hara qədər davam edə bilər? Orta dəhlizə mane olmaq üçün Ermənistan kifayət qədər zəif bənddir. Bu siyasətdə ona biçilən yeganə don və verilən rol odur ki, proses zamanı nəyəsə təsir etmək lazım bilindikdə alət olsun”.

“Ermənistan sülhdə maraqlı deyil”

Politoloq əlavə edib ki, hər nə qədər Ermənistanın siyasi rəhbərliyindən sülhlə bağlı müsbət fikirlər səsləndirilsə də istənilən mənfi və ya müsbət nəticənin dincliklə olacağına inam çətindir: “Ermənistan sülhdə maraqlı deyil. “Böyük Ermənistan” xülyasından birdəfəlik əl çəkməlidirlər. Amma, yaxın keçmişin məhsulu olmadığı kimi, yaxın gələcəyin bəhrəsi də olmayacaq. Digər tərəfdən Ukrayna üzərindən qeyri-müəyyənlik davam edir. Yeni nizamın formalaşdırılması istiqamətində iş gedir ki, Ermənistan harda olacağını özü bilmirsə, onu hara otuzduracaqlarını da himayədarları tam bilmirlər. Yeganə bütövlük və tamlıq onun siyasi alət olmasıdır”.

“Azərbaycanın heç bir tələbi yeni deyil”

Ş.Həsənovanın sözlərinə görə, digər tərəfdən Ermənistan hücum xarakterli silahlarla təmin olunursa, bunları sərhəddə təxribatlar üçün istifadə edir, sonra da informasiya çaşqınlığına gedirsə, hər şey aydındır: “Aydın olan bir məsələ də var ki, mövqelərimizin atəşə tutulduğunu təkzib edən Ermənistana Avropa İttifaqının bu ölkədə yerləşdirilən missiyasının müşahidəçilərinin dəstək durmalarıdır. Hər halda AŞPA meydançasından Azərbaycan və Türkiyə əleyhinə ən son səsləndirilən fikirlər bunu deməyə əsas verir. Azərbaycanın heç bir tələbi də yeni deyil. Cənab Prezident İlham Əliyev Almaniya Prezidenti ilə görüşündə də bir daha Bakının Ermənistana qarşı qanuni tələblərini masa üzərinə aydın qoydu. Minsk Qrupu ləğv olunmalı və Konstitusiyada dəyişiklik olmalıdır. Mövqelərimizin atəşə tutulması və gərginliyin baş verməsi yeni təmizləmə işlərini qaçılmaz, hətta labüd edə bilər”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri