Icma.az
close
up
RU
ATƏT in Minsk qrupu problemin həllini ertələyirdi, beynəlxalq iştirakçıları prosesdən uzaq tutmağa çalışırdı

ATƏT in Minsk qrupu problemin həllini ertələyirdi, beynəlxalq iştirakçıları prosesdən uzaq tutmağa çalışırdı

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Firudin Sinirlioğlunu qəbul edib. Dövlət başçısı Firudin Sinirlioğlunu bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib. ATƏT-in baş katibi olaraq Firuddin Sinirlioğlu Cənubi Qafqazla bağlı olan ATƏT-in gündəliyinə dair fikir söyləməsi olub. Rəsmi yayılan məlumatdan bəlli olur ki, ATƏT rəsmisi Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğulayıb.Cənubi Qafqaz hansı səbəbdən ATƏT-in gündəliyinə daxildir?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb: “Nəzərə alsaq ki, ATƏT özü Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatıdırsa, burada həm təhlükəsizlik, həm də əməkdaşlıq sintez olunmuş şəkildə ATƏT-in hədəf mövzularından biridir. Əgər bölgədə münaqişələr mövcuddursa, vaxtilə Ermənistan Azərbaycan arasında “Dağlıq Qarabağ” münaqişəsi var idi və bu da bölgədə gərginliyin və qeyri-sabitliyin mənbəyi kimi özünü büruzə verirdi. Bu nöqteyi nəzərdən ATƏT üçün bu münaqişə ocağı bir növ öz missiyasına və mandatına uyğun olaraq fəaliyyət göstərə biləcək və müəyyən bir siyasət yürüdə biləcək bir münaqişə, münaqişələrdən biri hesab olunurdu. Bu da öz həllini tapdı. İstər 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər qazanıldıqdan və 2023-cü ildə 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində onun konstitusion rejimi bərqərar oldu və Azərbaycanın bütün torpaqları işğaldan azad edildi”-deyən deputat bildirib ki, nəticə etibarilə ATƏT üçün sırf bu mövzu üzərində Cənubi Qafqaz bölgəsində Ermənistan-Azərbaycan qarşıdurması nöqteyi nəzərdən bu prosesdə artıq rolu minimuma endirilmişdi.

Azər Allahverənov“Cənubi Qafqazda digər bir münaqişə ocağı var. Bu da Gürcüstan ərazisində Cənubi Osetiya və Abxaziya mövzusudur ki, burada da ərazi Gürcüstanın ərazi bütövlüyü məsələsi ATƏT-in diqqət etməli olduğu mövzulardan biridir”-deputat vurğulayıb ki, eyni zamanda, burada Cənubi Qafqazın belə geosiyasi vəziyyəti, xüsusilə də Avropa ilə Asiyanın kəsişməsində, Rusiya, Türkiyə, İran kimi dövlətlərin Cənubi Qafqaz üzərindən bu və ya digər səpkidə inteqrasiya layihələrinin icra olunduğu bir şəraitdə, bu da beynəlxalq təhlükəsizlik, energetika, ticarət və digər məsələlər üzərindən region Cənubi Qafqaz üçün kifayət qədər strateji bir region hesab olunur.

“Şərqlə Qərb arasında körpü funksiyasını yerinə yetirən Cənubi Qafqaz eyni zamanda da, şimalla cənub arasında bir körpü funksiyasını yerinə yetirir. Onun üzərindən bir çox mühüm və kifayət qədər geosiyasi əhəmiyyət daşıyan böyük infrastruktur layihələri, təbii resurslarla bağlı, onların daşınması, enerji, təhlükəsizlik məsələləri və digər deməli, kommunikasiyalar, transxəzər nəqliyyat dəhlizinin işləməsi və digər məsələlər olduqca, geosiyasi əhəmiyyət daşıyan, sahələrdir ki, burada da ATƏT bu və ya digər formada özünün mövcudluğunu müəyyən mənada görmək istəyir və bu prosesdə aşağı-yuxarı təmsil olunmaqda maraqlıdır.

Cənubi Qafqaz üzərində çoxsaylı, boru kəmərlərinin keçməsi neftin və qazın Xəzər bölgəsinin Avropa istiqamətinə daşınması, Bakı-Tbilisi-Ceyhanın fəaliyyət göstərməsi və bütövlükdə enerji resurslarının, dünyada gedən qlobal enerji böhranları müstəvisində və fonunda Avropaya daşınması və kifayət qədər zəmanətli və etibarlı, geosiyasi əhəmiyyət daşıyan layihələr vasitəsilə bunun reallaşması təbii ki, geoiqtisadi vacib amillərdən biri hesab olunur. Bu nöqtey-i nəzərdən də yenə də Cənubi Qafqaz çox maraqlıdır. Eyni zamanda, Cənubi Qafqaz ölkələrində gedən demokratik proseslər, ATƏT-in müxtəlif missiyalarda təmsil olunması kimi məsələlər faktiki olaraq Cənubi Qafqazın gündəliyinə daxil olan məsələdir”-deyə Azər Allahverənov qeyd edib.

Cənubi Qafqazda, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsində təqribən 28 il ərzində yarıtmaz bir siyasət yürüdən ATƏT-in Minsk qrupu məsələsi ilə bağlı deputat bildirib ki, bu Azərbaycan auditoriyası üçün həqiqətən də çox həssas bir mövzudur.

“Bildiyiniz kimi, burada ən başlıca məsələ ondan ibarətdir ki, bu 28 il müddətində ATƏT-in Minsk qrupu faktiki olaraq, Ermənistan- Azərbaycan arasında “Dağlıq Qarabağ” münaqişəsinin həll olunması ilə bağlı hər hansı bir addım atmadı. Cənab Prezident ADA Universitetində keçirilən “Yeni Dünya Nizamına doğru” beynəlxalq forumda çıxış edərkən bu məsələyə xüsusilə toxundu və birmənalı şəkildə bildirildi ki, bu ATƏT-in “Minsk” qrupu faktiki olaraq, yaranmış status-kvonu qorumağa çalışırdı. Müxtəlif siyasi gedişlərlə müxtəlif tribunalara öz gündəliyini çatdırmaqla, "Dağlıq Qarabağ"ın Ermənistanın işğalı altında saxlanılmasında və Azərbaycanın bundan barışmasına sövq edəcək bir siyasət yürüdürdü. Cənab prezident bu məsələlərlə bağlı, fikir söyləyərkən, burada ATƏT-in “Minsk” qrupu müxtəlif tribunalardan, bu mövzu ilə bağlı çıxış edərkən maksimum çalışırdı ki, digər beynəlxalq iştirakçıları bu prosesdən kənarda tutsun”-deyən Azər Allahverənov vurğulayıb ki, bir növ bu prosesi sanki öz monopoliyası altında saxlamağa çalışırdı.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Aprel 2025 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see134

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri