Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

ATƏT in Minsk qürubu...

ATƏT in Minsk qürubu...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarabağ Zəfərinin növbəti siyasi təsdiqi!

44 günlük Vətən müharibəsi və 2023-cü il antitetrror tədbirlərinin yaratdığı yeni reallıqların siyasi nəticələri uğurları özünü göstərməkdədir. Belə ki, Azərbaycanın müharibədən sonra ortaya qoyduğu qəti iradə əsasında ATƏT-in Minsk Qrupunun işinə xitam verildi.  Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilib.  Qeyd olunub ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 2025-ci il dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan olunub. “Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 2025-ci il 8 avqust tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında vurğulanıb.

Azərbaycanın qəti mövqeyi: ATƏT-in Minsk Qrupunun ləğvi...

Xatırladaq ki, ötən əsrin 80-ci illərinin sonundan etibarən başlanan Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdi. ATƏT-in Minsk Qrupu isə işğalın faktının aradan qaldırılması üçün tərəflər arasında vasitəçilik missiyasını daşıyırdı. Qeyd edək ki, SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Ermənistan və Azərbaycan 30 yanvar 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM 1995-ci ildən etibarən Avropada Təhlükəsizlik və əməkdaşlıq Təşkilatı və ya ATƏT adlandı) işinə qoşulublar. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il tarixində Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə regiondakı vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdi. Minsk Qrupunun əsası isə 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı qoyuldu. Həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qərar qəbul olunub. Budapeşt Sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunub. 28 avqust 1995-ci ildə isə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

44 günlük müharibə ilə başa çatan münaqişə isə həm də ATƏT-in Minsk qrupunun ləğvini aktuallaşdırdı. Artıq tərəflər vasitəçiz bir ortamda razılaşma əldə etdilər - son reallıqlar isə bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoydu. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün zəminin formalaşdırılması ilə bağlı şərt olaraq həm də ATƏT-in Minsk Qrupunun ləğvi məsələsini gündəmə gətirdi. Bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflamaqla yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti də imzalayıblar. Bu müraciət ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə idi. Qərarın verilməsi isə sülh yolunda ən mühüm addımlardan biri kimi tarixə yazıldı.

Qərar alqışlanır...

Qeyd edək ki, verilən qərar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. ATƏT PA-nın Prezidenti Pere Joan Pons ATƏT Nazirlər Şurasının Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra Minsk prosesinin bağlanması ilə bağlı qərarını alqışlayıb. “Kökləri dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülhə gedən yolu gücləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik”,-deyə ATƏT PA prezidenti vurğulayıb.

ATƏT-in Baş katibi Feridun Sinirlioğlu isə bildirib ki, Minsk prosesinin bağlanması haqqında qərar ATƏT üzvü olan 57 ölkə tərəfindən yekdilliklə qəbul edilib. “Bu tarixi hadisə onilliklər boyu davam edən münaqişə və inamsızlıqdan sonra belə diplomatiyanın imkanlarını vurğulayır. Bu, tərəflərin kompromis tapmaq üçün ümumi qətiyyətə sahib olduqları zaman razılaşmanın mümkün olduğunu nümayiş etdirir”, - deyə o, bildirib.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen də Nazirlər Şurasının qərarını alqışlayıb. Bu barədə ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilib. “Mən bir daha Ermənistana və Azərbaycana sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalara, onların tez bir zamanda həyata keçirilməsinə dair qətiyyətli qərarlarına görə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Mən onların birgə müraciətinə dərhal cavab verdim və bu prosesdəki mükəmməl əməkdaşlıqlarına görə tərəflərə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin bu konsensusa nail olmaqda nümayiş etdirdikləri əməkdaşlıq ruhuna görə iştirakçı dövlətləri də alqışlayıram,” - deyə nazir Valtonen qeyd edib.

Qardaş ölkənin reaksiyası...

Proseslə bağlı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) də münasibət bildirib. Qardaş ölkənin XİN-i ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərarı alqışladığı ilə bağlı bəyanat yayıb. Qeyd olunub ki, iki ölkənin ortaq səyi ilə reallaşan bu qərar Azərbaycan və Ermənistan arasında sülh prosesinin önəmli mərhələlərindən biridir.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Sentyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri