Otlaqda dincələrkən başını ilan sancdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Göyçayda ilan sancması hadisəsi baş verib.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Şəkər kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onun baş nahiyəsindən dişləyib.
Hadisədən sonra ətrafdakı şəxslər dərhal Eldar Əliyevə kömək göstərərək onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib.
Hazırda 54 yaşlı kişinin müalicəsi davam etdirilir.
Baxış sayı:119
Bu xəbər 27 May 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















