Icma.az
close
up
RU
ATƏT PA nın Porto sessiyasında gərgin anlar yaşanıb

ATƏT PA nın Porto sessiyasında gərgin anlar yaşanıb

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, 29 iyunda Portoda işinə başlayan ATƏT Parlament Assambleyasının 32-ci illik sessiyası çərçivəsində Asambleyanın 3-cü Komitəsinin hesabat və qətnamə layihəsi üzrə müzakirələr çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev çıxış edib. O, məruzəçi xanım Karinanın müvafiq sənədlərin hazırlanmasında göstərdiyi səylərə və obyektiv yanaşmasına görə təşəkkürünü bildirib.
Azay Quliyev xüsusilə Ermənistan və Azərbaycan arasında dövlətlərarası normallaşma prosesi ilə bağlı ədalətli və balanslaşdırılmış mövqeyin qorunmasını vacib hesab edib. O xatırladıb ki, bu məsələ ilə bağlı ATƏT PA Bürosunun bu ilin aprel ayında Kopenhagendə keçirilən iclasında geniş və gərgin müzakirələr aparılıb.
"Xanım Karinanın həmin müzakirələr zamanı tərəfimdən səsləndirilən bir çox fikirlərin, xüsusilə də 52-ci paraqrafın formalaşmasında nəzərə almasını alqışlayıram. Həmin bənd hazırkı reallıqları daha balanslı və doğru əks etdirir. Paraqrafın mətninin məhz bu şəkildə seçilməsi bölgədə gərginliyi artırmamaq və davam edən sülh prosesini dəstəkləmək məqsədi daşıyır", – deyə o bildirib.
Lakin Azay Quliyev Ermənistan nümayəndə heyəti tərəfindən irəli sürülmüş dəyişiklik təkliflərinin, xüsusilə də 14 saylı düzəlişin sözügedən bəndin ruhuna və məzmununa zidd olduğunu vurğulayıb: "Bu düzəliş, təəssüf ki, Bürodakı razılaşdırılmış mətnin mahiyyətini ciddi şəkildə pozur və artıq keçmişdə qalmış, günümüzün sülh gündəliyində yeri olmayan 'Dağlıq Qarabağ' kimi anlayışları yenidən gündəmə gətirir."
Deputat əlavə edib ki, bu cür yanaşma barışığı təşviq etmək əvəzinə, qəsdən təxribat yaratmağa, əldə olunmuş irəliləyişi geriyə aparmağa və tərəflər arasında qurulmuş kövrək etimadı sarsıtmağa xidmət edir.
"Bunu da unutmayaq ki, bu təklifin müəllifi Lilit Qalstyanın mənsub olduğu siyasi qüvvə, daşnaklar tarixən Ermənistanla Azərbaycan arasında sülh və barışığa qarşı çıxaraq etnik qarşıdurmaları qızışdırmaqla məşğul olub. ATƏT PA kimi nüfuzlu qurum bu cür destruktiv çağırışlara meydan verməməlidir,"
– deyə Azay Quliyev bəyan edib.
Sonda o, həmkarlarını 14 saylı düzəlişin rədd edilməsinə çağıraraq bildirib:
"Əgər bu düzəliş qəbul edilməzsə, bizim tərəfdən əlavə təkliflərə ehtiyac qalmayacaq və ilkin balanslı mətn olduğu kimi saxlanılacaq. Bu, sülh prosesinə verilən ən doğru töhfə olacaq."
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 İyun 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri