ATƏT PA sədri: Azərbaycan və Ermənistan parlamentarilərinin görüşü sülh prosesinə dəstəyin göstəricisidir
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan və Ermənistan parlamentarilərinin bir araya gəlməsi Cənubi Qafqazda sülh prosesinə verilən dəstəyin göstəricisidir.
Bunu ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyetro Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.
O, hər iki ölkədən olan nümayəndə heyətləri ilə görüşdüyünü bildirib: "Mən çox qürur duyuram ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilk dəfədir ki, İstanbulda keçirilən bu sessiyalarda ikitərəfli qaydada görüşürlər".
Pere Xuan Pons, həmçinin parlament diplomatiyasının sülhə töhfə vermək üçün bir vasitə olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, noyabrın 18-də ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. \\Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 20 Noyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















