Icma.az
close
up
RU
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi FOTO

ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi FOTO

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Qurban bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən (ATİAHİ) tədbir təşkil olunub.
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiya nümayəndələri, Respublika Komitəsinin rəhbərliyi, rayon komitələrinin sədrləri və ittifaq üzvləri iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən ATİAHİ RK sədri Araz Paşayev iştirakçıları salamlayaraq AHİK rəhbərliyi adından bayram münasibətilə təbriklərini çatdırıb. Komitə sədri son 8 ayda görülən işlərə toxunaraq qeyd edib ki, 13 mindən çox təhsil işçisi sanatoriya-kurort və istirahət yollayışları ilə təmin olunub.
Eyni zamanda “Kurort” Turizm İnformasiya Mərkəzi vasitəsilə bu xidmətlər “bir pəncərə” prinsipi əsasında daha çevik və əlçatan formada təqdim olunur. Həmçinin Əməyin Mühafizəsi və Hüquq Yardım Mərkəzi yaradılaraq ittifaq üzvlərinə peşəkar və tam ödənişsiz hüquqi və psixoloji xidmətlər göstərilir.
Araz Paşayev əlavə edib ki, təqaüd proqramlarının əhatə dairəsi də əhəmiyyətli dərəcədə genişləndirilib. Əvvəlki dövrdə 65 tələbəni əhatə edən "Adlı Təqaüd" layihəsi bu il 400 nəfərə çatdırılıb. Bundan başqa, Qarabağ Universitetinin 50 tələbəsi və sosial həssas təbəqədən olan 50 qız tələbə xüsusi təqaüdlə təmin olunacaqdır.
Bildirilib ki, aztəminatlı ailələr və həssas kateqoriyadan olan üzvlər daim təşkilatın diqqət mərkəzindədir və onlara göstərilən dəstək bundan sonra da davam etdiriləcək.
AHİK sədrinin müşaviri Orxan Ərəbov Konfederasiyanın sosial təşəbbüslərindən və həmkarlar ittifaqlarının yeni texnoloji qaydalarla təchiz olunmuş elektron yollayış sistemi barədə ətraflı məlumat verib. O bildirib ki, bu gündən başlayaraq yeni sistem tam istifadəyə verilib.
Tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev çıxış edərək Qurban bayramının tarixi və mənəvi dəyərlərindən danışıb, ATİAHİ ilə əməkdaşlıq çərçivəsində keçirilən birgə təlimlərinin uğurlu nəticələrini vurğulayıb.
ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxışında təşkilatın sosial həssas qruplara, xüsusilə şəhid ailələrinə, o cümlədən şəhid övladlarına yönəlmiş dəstək təşəbbüslərindən bəhs edib, onların maarifləndirici proqramlarda və istirahət layihələrində iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıb.
Tədbir bədii yaradıcılıq müsabiqəsinin qaliblərinin təqdim etdiyi musiqili proqramla davam edib.
Sonda Qurban bayramı münasibətilə ATİAHİ-yə üzv olan 1000 nəfər təhsil işçisinin hər birinə 100 manat dəyərində hədiyyə kuponları təqdim olunub. Bu dəstək əsasən aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan üzvləri əhatə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 İyun 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri