Icma.az
close
up
RU
Atlantik okeanında böyüyən “soyuq ləkə” yaxınlaşan iqlim dəyişmələrindən xəbər verir

Atlantik okeanında böyüyən “soyuq ləkə” yaxınlaşan iqlim dəyişmələrindən xəbər verir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 iyun, AZƏRTAC

Qrenlandiyanın cənubunda okean sularının davamlı şəkildə soyuması artıq bir əsrdən çoxdur qeydə alınır. Yeni araşdırma göstərir ki, bu fenomenin səbəbi qlobal iqlim sisteminin əsas mexanizmlərindən birinin zəifləməsidir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Yer kürəsinin ümumi istiləşməsi fonunda Atlantik okeanında bir bölgə özünü paradoksal şəkildə aparır. Belə ki, əslində, burada sular olduğundan daha soyuqdur. Bu anomaliya “Şimali Atlantik İstiləşmə Boşluğu” (NAWH) kimi tanınır və uzun müddətdir ki, alimləri çaşqınlıqda saxlayır. Lakin indi bunun mümkün izahı var: səbəb, ekvatordan şimala istilik daşıyan nəhəng okean axını olan Atlantik Meridional Dolaşım Sirkulyasiyasının (AMOC) zəifləməsidir.

AMOC okean axınlarının bir növ “konveyer xətti”dir. O, isti və duzlu suyu şimala, soyuq və az duzlu suyu isə cənuba daşıyır. Bu mexanizm Şimali Amerika, Avropa, Afrika və hətta Cənubi Amerikanın iqliminə birbaşa təsir göstərir.

Riversayddakı Kaliforniya Universitetinin alimləri tərəfindən aparılmış araşdırma göstərir ki, son yüz il ərzində AMOC təxminən 1–3 sverdrup (yəni saniyədə milyonlarla kubmetr su) qədər zəifləyib. Yalnız AMOC-un bu zəifləməsini nəzərə alan iqlim modelləri “soyuq ləkə”nin formalaşmasını doğru şəkildə əks etdirə bilib.

Soyuma yalnız okean səthini əhatə etmir. Təhlillər göstərir ki, soyuma və suyun duzluluğunun azalması 3000 metr dərinliyə qədər müşahidə olunur. Bu isə o deməkdir ki, dəyişikliklər okeanın yalnız səthində deyil, bütövlükdə dərin qatlarında da baş verir.

Tədqiqatçılar son 100 ildən çox müddətə aid okean temperaturu və duzluluq göstəricilərini təhlil edib, həmçinin təxminən 100-ə yaxın iqlim modelini sınaqdan keçiriblər. Yalnız AMOC-un zəifləməsini nəzərə alan modellər real nəticələr göstərib.

AMOC-un zəifləməsi sadəcə lokal bir məsələ deyil. Bu proses atmosfer axınlarını dəyişdirə və Avropa ilə Şimali Amerikada hava anomaliyalarına səbəb ola bilər. Artıq bu “soyuq ləkə” reaktiv axınlara təsir edir, istilik və duzluluq dəyişikliyinə həssas olan balıqların və dəniz məməlilərinin miqrasiya marşrutlarını poza bilər.

Bundan əlavə, AMOC-dakı dəyişikliklər Avropada daha sərt qışlar, daha çox fırtına və quraqlıqlar, habelə ABŞ-ın şərq sahillərində dəniz səviyyəsinin artması ilə əlaqələndirilir.

AMOC-a dair birbaşa müşahidələr yalnız 2000-ci illərdən aparılır. Lakin okean sularının temperatur və duzluluq “izləri” keçmiş və gələcək haqqında dəyərli məlumatlar verir. Alimlər vurğulayırlar ki, əgər istixana qazlarının emissiyası azaldılmasa, AMOC zəifləməyə davam edəcək və bunun nəticələri çox ciddi ola bilər.

“Şimali Atlantik istiləşmə boşluğu anomaliya deyil, simptomdur. Bu, Yer kürəsinin iqlim sisteminin sabitliyini itirdiyinə işarədir”, - deyə araşdırmanın müəllifi Vey Lyu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri