İnfantino: “FIFA olmasaydı, futbol 150 dən çox ölkədə mövcud olmazdı”
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
FIFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Çempionatı üçün biletlərin yüksək qiyməti ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.
Apasport.az xəbər verir ki, qurum rəhbəri Dubayda təşkil olunan Ümumdünya İdman Sammitində çıxışı zamanı qiymət siyasətinin turnirin xərclərinin qarşılanmasına və dünya miqyasında futbolun inkişafına xidmət etdiyini vurğulayıb:
“Əsas məsələ ondan ibarətdir ki, bu gəlirlər yenidən futbolun inkişafına yatırılır. Əgər FIFA olmasaydı, futbol 150-dən çox ölkədə mövcud olmazdı. Dünya Çempionatından əldə edilən gəlirlər hesabına futbol yaşayır və həmin vəsait yenidən oyunun inkişafına sərf olunur”.
Xatırladaq ki, son dövrlərdə bir çox azarkeş DÇ-2026 üçün nəzərdə tutulan bilet qiymətlərinin əvvəlki turnirlərlə müqayisədə xeyli baha olmasından narazılıq edib.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
“Beşiktaş”ın futbolçusu A Seriyası klubunda qalacaq Hansı oyun, hansı kanalda? - TV AFİŞA “Flamenqo” baş məşqçisi ilə bağlı qərarını verib - RƏSMİ "Roma"dan inamlı qələbə Afrika Millətlər Kuboku: Günün nəticələri
Baxış sayı:102
Bu xəbər 30 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















