Atletiko 74 ildən sonra qol seriyasını təkrarlayıb
İspaniyanın "Atletiko" klubu 74 ildən sonra qol seriyasını təkrarlayıb.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.
Komanda buna evdə Slovakiyanın "Slovan" kollektivini məğlub etdikləri (3:1) Çempionlar Liqasının Liqa mərhələsinin VI turunun matçında nail olub.
Madrid təmsilçisi bütün yarışlar daxil olmaqla son beş qarşılaşmada üç və daha çox qol vurub. Komanda 1950-ci ildə, Helenio Herreranın baş məşqçisi olduğu dönəmdə bunu bacarıb.
Baxış sayı:33
Mənbə:https://report.az
74 ildən
abunə olun
atletiko klubu
baş məşqçisi
daxil olmaqla
etdikləri çempionlar
evdə slovakiyanın