Icma.az
close
up
RU
“Atletiko Madrid” Xulian Alvaresi satacaqmı? “Barselona”nın şansı nə qədər realdır? in TƏHLİLİ

“Atletiko Madrid” Xulian Alvaresi satacaqmı? “Barselona”nın şansı nə qədər realdır? in TƏHLİLİ

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyanın “Atletiko Madrid” komandasının hücumçusu Xulian Alvaresin adı “Barselona”nın transfer gündəmində qalmaqda davam edir. Klub rəhbərliyi, xüsusilə prezident Joan Laporta Alvaresin böyük pərəstişkarıdır və onun bu xüsusiyyətinə görə jurnalistlər tez-tez hücumçunun transferi barədə suallar ünvanlayırlar. Dünya çempionunun özünün də uşaqlıqdan “Barsa”ya simpatiyası var və bu katalonlara müəyyən üstünlük verir. Lakin bu transferin taleyi yalnız “Barselona”nın istəyindən asılı deyil və proses həm idman, həm də maliyyə baxımından olduqca mürəkkəb görünür.

Hazırkı mərhələdə “Atletiko Madrid” Xulian Alvaresi satmaq istəmir. Klub daxilində argentinalı futbolçu Antuan Qrizmann sonrası dövr üçün komandanın əsas siması kimi görülür, uzunmüddətli hücum layihəsinin mərkəzinə yerləşdirilib və həm idman nəticələri, həm də kommersiya dəyəri baxımından strateji aktiv hesab olunur. Dieqo Simeonenin planlarında Alvares toxunulmaz fiqur statusuna malikdir və onun gedişi yalnız fövqəladə ssenaridə gündəmə gələ bilər.

Bu ssenari isə “Atletiko Madrid”in mövsümü yenidən titulsuz başa vurması ilə bağlıdır. Belə bir halda klubun idman layihəsi və ümumi strategiyası yenidən dəyərləndirilə bilər. Qeyd edilən vəziyyət Alvaresin ambisiyalarını ön plana çıxara və onu “Vanda Metropolitano”dan ayrılmaq variantını nəzərdən keçirməyə sövq edə bilər. Yəni mümkün satış istəkdən yox, daha çox məcburiyyətdən doğa bilər.

Digər tərəfdən, “Barselona” bu transfer yarışında tək deyil və maliyyə baxımından ən güclü tərəf də sayılmır. Alvaresə maraq göstərən klublar arasında Premyer Liqa nəhəngləri xüsusi yer tutur. “Mançester Siti”, “Arsenal”, “Çelsi” və “Tottenhem” kimi klublar 90-120 milyon avro aralığında transferləri rahatlıqla həyata keçirə bilir, yüksək maaş və bonus paketləri təqdim etmək imkanına malikdir və maliyyə manevr baxımından “Barselona”nı xeyli üstələyir. Xüsusilə Pep Qvardiolanın Alvaresi yaxşı tanıması cəhətdən “Mançester Siti”nin Alvaresi yenidən komandaya qaytarmaq istəməsi, həm də maliyyə gücü kataloniyalılar üçün ciddi risk faktorudur.

“The Athletic”in yazdığına istinad etsək deyə bilərik ki, “Arsenal”ın baş məşqçisi Mikel Artetanın uzunmüddətli elit 9 nömrə axtarışında olması Alvaresi siyahıya ön sıralara çıxarıb. Rəsmi təklif olmayıb, amma skaut və analitik səviyyədə izləmə təsdiqlənib.

PSJ də bu kontekstdə unudulmamalıdır. Mbappenin gedişindən sonra hücum xəttinə yeni lider axtaran Paris klubu üçün 100 milyon avrodan yuxarı transfer məbləği problem sayılmır. Maaş şərtlərində də PSJ-nin “Barselona”nı rahatlıqla geridə qoyacağı bildirilir.

“Barselona”nın əsas problemi məhz bu məqamda üzə çıxır. Klubun 100 milyon avrodan yuxarı məbləği birdəfəlik ödəmək imkanı yoxdur və La Liqanın 1:1 maliyyə qaydasına tam uyğunlaşma prosesi hələ başa çatmayıb. Maaş limiti də hələ sıx çərçivədədir. Bu səbəbdən Alvares transferi yalnız Robert Levandovskinin satılması, maaş yükünün ciddi şəkildə azaldılması və keçidin mərhələli və ya bonuslu strukturla həyata keçirilməsi şərti ilə mümkün görünür. Lakin bu model “Atletiko Madrid” üçün ən cəlbedici variant sayılmır.

Nəticə etibarilə, hazırkı mənzərədə Xulian Alvaresin “Barselona”ya transferi realdan çox, şərtlərə bağlı riskli layihə kimi qiymətləndirilir. “Atletiko Madrid” onu satmaq istəmir, Premyer Liqa klubları və PSJ maliyyə baxımından açıq üstünlüyə malikdir, “Barselona” isə yalnız “Atletiko”nun titulsuz qalması, oyunçunun şəxsi israrı və Levandovskinin satılması halında real şans qazana bilər. Yəni katalonların Alvares planı idman baxımından yox, daha çox strateji və psixoloji faktorlar üzərində qurulmuş uzunmüddətli gözlənti kimi görünür.

Aqil Tağıyev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri